Türkiyə sərhədlərində BÖYÜK OYUN - 10 maddəlik planın şok detalları

Türkiyə sərhədlərində BÖYÜK OYUN - 10 maddəlik planın şok detallarıTürkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur.
Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən "Haber7" saytı yazıb.

Qeyd edilir ki, Astana formatı ilə Suriya danışıqları masasından kənarda qalan ABŞ regionda daimi qalmaq üçün heç bir addımdan çəkinmir.

"Bölgədəki varlığını PYD terror təşkilatı üzərindən davam etdirməyə çalışan ABŞ indi də Türkiyə-Rusiya-İran ittifaqını pozmaq istəyir. Türkiyənin İdlib və Afrində həyata keçirməyə çalışdığı əməliyyatlara mane olmağa çalışan ABŞ PYD-ni "nizamlı ordu"ya çevirmək və bunun sayəsində terror təşkilatının bölgədə nüfuzlu güc kimi qəbul olunmasına nail olmaq niyyətindədir", - yazıda bildirilir.

Qeyd edək ki, Rusiyanın Suriyadakı Tartus və Hmeymin bazalarına pilotsuz uçuş aparatları ilə hücum cəhdindən sonra Suriya ordusunun Rusiya qırıcılarının köməyi ilə İdlibdə əməliyyata başlaması Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib. Həmçinin, Rusiya və İranın Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb. Çavuşoğlunun sözlərinə görə, Suriya rejimi "Ən-Nüsrə" Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur.

Rusiya Müdafiə Nazirliyinin isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana bir məktub göndərərək Türkiyənin Suriyadakı məsuliyyətinin xatırlatdığı bildirilir. Moskvaya görə, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına hücum edən pilotsuz uçuş aparatları müxalifət gücləri tərəfindən nəzarət edilən İdlib təhlükəsizlik bölgəsinin cənubi-qərbindən qalxıb.

"Haber7" hesab edir ki, Rusiya bazalarına hücumun formasına nəzər yetiriləndə, onun ABŞ və ABŞ-a yaxın ölkələr tərəfindən həyata keçirdiyi ehtimalı yüksəkdir. Bildirilir ki, bu tipli hücumlar daha əvvəl İŞİD və PYD tərəfindən heç vaxt həyata keçirilməyib.

Xəbərdə qeyd edilir ki, PYD-nin işğal etdiyi ərazilərdə "dövlətləşmə" layihəsini həyata keçirməyə çalışan ABŞ terror təşkilatı ilə 10 maddəlik planın icrasını razılaşdırıb.

1. PYD-yə siyasi, iqtisadi, diplomatik və hərbi dəstəyin artırılması.

2. "Dedokratik Suriya Gücləri"nin (əsasını PYD təşkil edir - red.) nəzarət etdiyi bölgələrdə "nizami ordu"nun qurulması (ABŞ-ın təlim keçdiyi 400 döyüşçü Türkiyə sərhədlərindəki kantonlara yerləşdirilib).

3. Yerli "hökumət"lərin gücləndirilməsi.

4. Rakkanın bərpası üçün koalisiya qüvvələrinin təşviq edilməsi.

5. İşğal olunmuş ərazilərdə neft, təbii qaz və digər ehtiyatların hasilatı.

6. Dövlət qurumları və məhkəmə sisteminin yaradılması.

7. Regional hava hücumundan müdafiə sisteminin qurulması.

8. Diplomatik büroların yaradılması, ABŞ diplomatlarının bölgəyə göndərilməsi və PYD-nin Cenevrə prosesinə daxil edilməsi.

9. Bölgədə yerli seçkilərin keçirilməsinə dəstək verilməsi.

10. Dəməşq və PYD arasında danışıqların aparılmasına kömək göstərilməsi.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2006   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel