Azərbaycanlı gənc anasını niyə fahişə adlandırdı? - Təfərrüat

Azərbaycanlı gənc anasını niyə fahişə adlandırdı? - TəfərrüatOğul anasına fahişə deyərmi? Yəqin ki, reportaja bu sualla başlamağımız sizi də təəccübləndirdi. Heyrətlənməyin, sən demə, deyərmiş...

İndi sizə təqdim edəcəyimiz süjetin qəhrəmanı - əgər ona doğrudan da qəhrəman demək mümkündürsə - Yusif Nuriyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində belə bir status paylaşıb. Bizim diqqətimizi də elə bu çəkdi. Həm də o səbəbdən ki, son illər Azərbaycanda bu cür problemli ailələrin sayı heyrətamiz dərəcədə artıb.

Qərar verdik ki, Yusifi studiyamıza dəvət edib doğma anası haqqındakı nalayiq ifadələri hansı səbəbdən yazması ilə maraqlanaq. Dəvətimizi qəbul edib gəldi.

Öyrəndik ki, Yusif əslən Bakıdandır. 30 yaşı var, ailənin tək övladıdır. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur. İki ildir ailə qurub. Atası Yusifin bir yaşı olanda ailəni tərk edib, daha sonra övladından imtina edib. Yusifi doğma anası Məryəm xanım nənəsi və ruhi xəstəlikdən əziyyət çəkən dayısı ilə bir evdə böyüdüb: "Bizim ailəmizdə mən gözümü açandan problemlər olub. Sadəcə, mən 25 yaşıma çatdıqdan sonra ailəmdən ayrılıb, öz həyatım haqqında düşünməyə başlamışam. Söhbət himayəsində böyüdüyüm nənəmdən və dayımdan gedir. Hər gün qalmaqallı həyat yaşamışam. Universiteti bitirdikdən sonra evdən ayrılmaq qərarına gəlmişəm".

Yusif Nuriyev iddia edir ki, vaxtilə anası ilə birgə yaşadığı baba evindən onları nənəsi zorla çıxarıb və küçəyə atıb. Anasının və özünün sözügedən baba mülkündə daimi qeydiyyatı olduğundan, nənəsi öz istəyinə nail olmayıb. Bu problem ədalətli həllini tapdıqdan sonra Yusif həyatının başqa bir sürprizi ilə qarşılaşıb. Doğma anası onu öz pulu ilə aldığı evdən bayıra atıb. Həmsöhbətimiz deyir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, Seyid Hüseyn küçəsi, bina 5, mənzil 33-də anasının ucbatından həyat yoldaşı ilə rahat yaşaya bilmir: "2016-cı ildə nikaha girmişəm. Bu ərəfədə ailəm mənə inadla dedi ki, əlindəki pulla ev al, lazım olsa, satarsan və s. Mən də Azərbaycandan kənarda yaşamaq və təhsil almaq istəmişəm. Onun üçün işləyib illərlə qazandığım pulu yığmışdım. Bir səhv edib anamın təkidi ilə ev alıb, onun adına qeydiyyata keçirdim. Güvəndim ki, əgər mən xaricə gedə bilsəm, mənim təhsilim üçün lazım olan pulu o evi satıb mənə göndərəcək. Artıq bir neçə vaxtdır anamla münasibətim pozulub. O, mənimlə həyat yoldaşımın o evdə yaşamağına imkan vermir, qalmaqal salır".

Yusif deyir ki, anasından polisə şikayət etsə də, nəticəsi olmayıb: "Ev onun adına qeydiyyatdadır. Mən və yoldaşım işdə olanda evin açarı onda olduğundan, rahatlıqla bizə gəlir. Mən işdən axşam saat 9.00-dan sonra gəlirəm, çünki 12 saatlıq qrafiklə çalışıram. Yorğun evimə gəlirəm ki, yenə qalmaqaldır, yoldaşımı və məni təhqir edir. Evimdən çıxmağını tələb edirəm, çıxmır. Deyir, mənim adıma qeydiyyatdadır, çıxmıram. Sonra polisə müraciət etdim ki, gecə saatlarında dincəlməyə imkan vermir bizə, polislər gəlib "ana müqəddəsdir" deyib çıxıb getdilər. Anam mənə hücum etdi, əlimi cızdı, vurdu və s. Artıq əlbəyaxa olmuşduq, qayınatam gəlmişdi ki, qızını aparsın. Ona görə məni də öz evlərinə apardı. Baxmayaraq ki, özləri də kifayət qədər böyük ailədir, mən 3 gündür qayınatamgildə yaşayıram".

Yusif Nuriyev deyir ki, sevdiyi qızla ailə qurub. Ailələrin ümumi razılığı ilə hər şey el qaydasında baş tutub. Anası da bu izdivaca razı olduğundan, o, 28 yaşında istəyini gerçəkləşdirib. Amma anası ilə münasibətləri ailə qurmamışdan əvvəl korlanıb. Evdən qovulduqdan sonra isə Yusifin səbir kasası daşıb və anasının ünvanına sosial şəbəkələrdə nalayiq ifadələr işlədib: "Mən pul yığdım ki, yeni həyata başlayım. Yeni həyata başlayanda da başıma bu gəldi. İndi evi geri istəyirəm, anam geri qaytarmır. Artıq bu biabırçılıqla yaşamaq istəmirəm, evimi satıb getmək istəyirəm, o da buna imkan vermir".

Onun sözlərinə görə, anası Məryəm xanım doğma oğlunun və gəlininin mənzilə qeydiyyata düşməsinə şərait yaratmır. Bunun üçün müsahibimiz məhkəməyə müraciət etməyə hazırlaşsa da, məsləhətləşdiyi vəkillər məsələnin onun xeyrinə həll edilməyəcəyini deyiblər.

Yusifi dinlədikdən sonra anası Məryəm xanımla görüşmək üçün üz tutduq onların mənzilinə. Qapısını döydük, açan olmadı. Qonşular şifahi olaraq bildirdilər ki, Yusif və həyat yoldaşı təxminən 1 ildir sözügedən mənzildə yaşayır, anası isə ora az-az gəlir.

Məryəm xanımla telefon əlaqəsi saxlayıb onunla görüşmək istədiyimizi bildirdik. Təxminən bir saat bizi gözlətdikdən sonra 63 yaşlı xanım gəldi, amma kamera önündə danışmayacağını bəyan etdi. Məcbur olub kənardan çəkiliş apardıq.

Təqaüdçü ana Yusifi tək, halal zəhmətlə böyütdüyünü bildirdi. Yusifin ona qarşı münasibətinin evləndikdən sonra dəyişdiyini deyən Məryəm xanımın sözlərinə görə, oğlu ilə birlikdə uzun müddət heç vaxt yaşamayıb. Sadəcə, xəstə olduğu üçün oğlu və gəlinindən ona baxmağı xahiş edib: "Mən ata mülkümlə bağlı etibarnaməni oğluma həvalə etməmişəm. Onun bu mənzili ilə heç bir işim yoxdur, qələt eləyir. Kim dedi mən qeydiyyatdan çıxmıram? Gəlsin, nə vaxt istəyir, öz evinə qeydiyyata düşsün də. Mən etibarnamə və vəsiyyətnaməni ləğv etdirmişəm, o da bu mülklə bağlı deyil qızım. Mən öz ata mülkümü məcburi köçkünlərə və evi olmayanlara verə bilərəm, amma öz oğluma yox. O, mənim ata mülkümdən gəlib qeydiyyatdan çıxsın, mənə aid olan nə varsa o evdə, qaytarsın, gəlsin öz evinə. Mən bir söz demirəm".

Anası deyir ki, gənc oğlu ev almaq arzusunda olduğunu ilk dəfə onunla bölüşüb, o da bu mülkün alınması üçün Yusifə 11 min dollar pul verib: "Bu mənzilin 11 min dollarını ona əlimlə sayıb vermişəm. O da üstünü düzəldib. Verdiyim pul onun haram xoşu olsun. Mən seyid nəvəsiyəm. Onsuz da o ziyan çəkəcək. Mən onu əziyyətlə böyütmüşəm. "Qlavbux" işləmişəm, səhərdən axşamacan çalışmışam. Boynumu qucaqlayıb öpürdü, nə oldu?"

Bir sözlə, ana oğuldan, oğul da anadan saatlarla şikayət etdi. Tərəfləri bir araya gətirmək isə mümkün olmadı. Bizə də, tamaşaçılara da tərəflərin nə vaxtsa bir-birini anlayacağına və anlaşacağına ümid etmək qalır. Bütün körpülərin yanmasına baxmayaraq...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4875   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər

"Crocus City Hall"da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar. Bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib. Qadın bildirib ki, terrorçular ağ rəngli "Renault"

23 mart
.

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisini

23 mart
.

"Crocus City Hall"da terror anının daha bir dəhşətli görüntüsü: "Ora dalandır! Aşağı qaçaq" - VİDEO

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir. Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub. Videoda onların oturacaqları

23 mart
.

Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən

24 mart
.

"Crocus"da atəş səsi eşidən tamaşaçının davranışı gündəm oldu - VİDEO

Rusiya mətbuatı terror aktı baş verən "Crocus City Hall" zalından daha bir video yayımlayıb. xəbər verir ki, tamaşaçılar foyedə silah səslərini eşidib, çıxışa qaçaraq növbəyə dayanıblar. Bir az sonra isə terrorçular zala daxil olaraq atəş açıb. Tamaşaçılardan biri silah səslərinə baxmayara

24 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28 mart
.

Türkiyədə uşaqlar arasında başlayan dava ölümlə bitib

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda uşaqlar arasında başlayan dava böyüklərin də işə qarışması nəticəsində faciə ilə nəticələnib. Qeyd olunur ki, böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

23 mart