Azərbaycanda qonşusunu öldürən qısqanc kişi tutuldu - Təfərrüat - YENİLƏNDİ

Azərbaycanda qonşusunu öldürən qısqanc kişi tutuldu - Təfərrüat - YENİLƏNDİBeyləqanda qanlı hadisə törədən Muxtar Mustafayev tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in "102" Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Ə. Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə. Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M. Mustafayev Ə. Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Mənbə: lent.az

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng də götürülüb.

12:37

Dünən axşam Beyləqan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb. Lent.az xəbər verir ki, Dünyamalılar kəndində yaşayan 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu və onun güllələyərək öldürdüyü 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlu qonşu olublar. Belə ki, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan və müharibə vaxtı qardaşı şəhid olan Muxtar işğaldan sonra ailəsi ilə birgə Dünyamalılara köçüb.

Hadisənin baş vermə səbəbinə gəlincə, bu günlərdə iki ailə arasında münaqişə baş verib. Daha sonra M.Mustafayev 27 yaşlı Əli Bayramovu ailəsinə qarşı nalayiq hərəkət etməkdə ittiham edib. Dünən isə o, ov tüfəngi ilə qonşusunu güllələyib. Əvvəlcə kənd xəstəxanasına aparılan Əli Bayramov vəziyyəti ağır olduğundan Beyləqan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, cərrahiyyə şöbəsində vəfat edib.

Bildirilir ki, qətli törədən Muxtar Mustafayevin 2 oğlu var. Öldürülən Əli Bayramov isə yeni evlənibmiş və keçən il övladı dünyaya gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

10:27

Beyləqan rayonunda qətl törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu güllələyərək öldürüb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlin konkret səbəbi, hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2094   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021