Ukraynada azərbaycanlıların oğurlanmasının arxasında kim dayanır?

Ukraynada azərbaycanlıların oğurlanmasının arxasında kim dayanır?Azərbaycanlı biznesmenlərin Ukraynada oğurlanması transmilli cinayətkar qruplaşmaların işi ola bilər.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, oğurluq kütləvi xarakter daşıyır və buna görə də, bu hal Ukrayna azərbaycanlılarını narahat etməyə bilməz. Özü də söhbət məhz onların doğmaları və yaxınlarından gedir.

"Biz deyə bilmərik ki, bütün insan oğurluqları bu və ya digər cinayətkar dəstənin işidir. Çünki bunu sübut edəcək açılmış faktlar və yetərli dəlil bazamız yoxdur. Amma bunun transmilli qruplaşmaların işi olduğunu oğurlanmış şəxslərin qohumlarına gələn zənglərdən bilmək olar. Çünki zənglər başqa ölkələrin ərazilərindən gəlir. Bizi maraqlandıran əsas məsələ budur ki, azərbaycanlıların oğurlanması ilə bağlı cinayətlər niyə açılmır?" - deyə Tağıyev bildirib.

Bu suala cavab verən diaspora rəhbəri qeyd edib ki, ola bilsin, sözügedən qruplaşmaların hüquq-mühafizə orqanlarındakı məmurlarla əlaqəsi var. Həmin məmurlar da istintaqın gedişinə və cinayətlərin açılmasına mane olurlar. Lakin cinayətlərin üstünün açılmaması hüquq-mühafiqə orqanları əməkdaşlarının peşəkarlığının yetərli olmaması ilə də əlaqədar ola bilər.

Diaspor rəhbəri qeyd edib ki, Ukrayna polisi yenidən təşkil olunarkən, bir çox peşəkarlar işdən qovulub.

"Mən, ciddi bir təşkilatın rəhbəri kimi bəyan edirəm ki, biz bu məsələyə laqeyd qalmayacağıq. Biz bununla bağlı etiraz aksiyası keçirməyi qərara almışdıq və yanvarın 10-da bunu keçirdik. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi aksiya iştirakçıları ilə görüşdü. Bizə dedilər ki, müəyyən ip ucları var, təhqiqat aparılır, buna görə də onlar istintaq sirrini açıqlaya bilmirlər. Amma bizi əmin etdilər ki, tezliklə oğurluq faktlarının üstü açılacaq. Lakin bütün bunlara baxmayaraq, kriminal ünsürlərin Ukraynanın müxtəlif regionlarında Azərbaycan diasporunun üzvlərinə - biznesmenlərə qarşı təzyiqləri davam edir. Polisə də müraciət edəndə, onların çoxunun qarşısı alınmır, çünki polis qorxur" - deyə Tağıyev bildirib.

Qeyd edək ki, ötən gün yüzlərlə azərbaycanlı Ukrayna DİN-in binası qarşısında həmvətənlərinə qarşı hücumların qarşısının alınması və cinayətkarların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirib.

Bununla yanaşı, Ukrayna DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, etiraz aksiyası iştirakçılarının müraciəti nazirliyin rəhbərliyinə çatdırılıb. Milli polis müraciətdə adı qeyd olunan hər bir şəxslə bağlı faktları öyrənəcək: kim nə vaxt itkin düşüb, polisə müraciət edilibmi, istintaq hansı mərhələdədir, cinayətin üstü açılıbmı, hansı maddə ilə cinayət işi açılıb və s.

"Müraciət hələ yanvarın 10-da daxil olub. Ona baxılması və araşdırılması vaxt tələb edir" - deyə mətbuat xidmətindən bildirilib.

Hotel
CC0 / PHOTO-MİX / HOTEL
Əcnəbilər deyil, məhz azərbaycanlılar qarşısında absurd tələb
Xatırladaq ki, 2016-cı ilin sentyabrında da azərbaycanlılar eyni tələblə etiraz akiyası keçirmişdilər. Onlar Ukraynanın hüquq-mühafizə orqanları qarşısında əsasən həmvətənlərimizin qurbanı olduğu adam oğurluğu ilə bağlı cinayətlərinin üstünün açılmaması və ya cüzi açılmasının səbəbləri barədə hesabat vermək tələbini qoymuşdular.

Son üç il ərzində Ukraynada 20-dən artıq azərbaycanlı biznesmen və uşaq oğurlanıb. Bununla yanaşı, tanınmış azərbaycanlıların oğurlanması ilə bağlı cəhdlər tez-tez baş verir.

"Mən deməzdim ki, azərbaycanlılara zülm edirlər. Məni o narahat edir ki, niyə bunlar azərbaycanlıların başına gəlir? Təəssüf ki, insan oğurluğu halları çoxdur. Vilayətlərdən birinin konqres sədrinin oğlu da oğurlanmışdı. Onu bir aydan artıq girov saxladılar və azad etdilər. Mən onun nəyin müqabilində buraxıldığını demək istəmirəm. Bu cinayətin üstü hələ də açılmayıb. Ona görə də bizim bəyanatımız sərtdir. Biz hesabat tələb edirik ki, niyə bu cinayətlər açılmır" - deyə Tağıyev bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuri Lutsenkoya bu ölkədə yaşayan azərbaycanlılara qarşı zorakılıq halları ilə bağlı müraciət ünvanlamışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1335   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel