Putinin işğal edilən ərazilərlərlə bağlı 6 illik planı ortaya çıxıd: Kreml çalışacaq ki...

Putinin işğal edilən ərazilərlərlə bağlı 6 illik planı ortaya çıxıd: Kreml çalışacaq ki..."2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil".

Bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, "Ukrayna Avropada" beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy "Apostrof" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq.

"Birincisi, martda prezident seçkiləri keçiriləcək. İkincisi, yayda futbol üzrə dünya çempionatı olacaq. Rusiya maraqlıdır ki, hər şey mümkün qədər yaxşı keçsin, bu, onun üçün imic məsələsidir. Bundan başqa, onlar böyük miqdarda pul xərcləyiblər. Yəni, o vaxta qədər vəziyyət dəyişməyəcək. Həmçinin, qarşıda prezident Vladimir Putinin daha altı illik hakimiyyət dövrü var. Düşünürəm ki, Rusiyanın mövqeyi əsaslı şəkildə dəyişməyəcək", - ekspert vurğulayıb.

Politoloq fikirlərini əsaslandırmaq üçün Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin fikirlərini xatırladıb. Karasin qeyd edib ki, Rusiya üçün yalnız Ukraynaya sərhədə nəzarət etməyə imkan verməmək deyil, həm də orada hansısa sülhməramlıların yerləşməsinə maneə olmaq əhəmiyyətlidir, çünki Rusiya Donbas sakinlərinin həyatı haqqında düşünür.

"Yəni, Rusiya dəqiq mövqe tutur və biz hamınız anlayırıq ki, söhbət Dnestryanı ərazi kimi münaqişənin dondurulmasından gedir. Vəziyyət Rusiyanın hərbi və iqtisadi planda Donbasın dəstəyinə pul xərcləməkdən imtina etməsinə qədər dəyişməyəcək", - Poselskiy yekunlaşdırıb.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların işğalı altındadır. Kiyev işğal olunmuş ərazilərdə nizami Rusiya ordusunun olduğunu bildirsə də, Moskva bu iddianı qətiyyətlə rədd edir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1475   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart