Marsda buz tapıldı - VİDEO

Marsda buz tapıldı - VİDEOAstronomlar Mars planetində indiyədək naməlum olan 8 buzlaq aşkarlayıblar. Tapılan buzlaqlarçoxsaylı laylardan ibarətdir. Onların tədqiqatı Marsın iqlim tarixi barədə daha müfəssəl məlumatlar əldə etməyə imkan verəcək.

Sonxeber.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin alimləri "NASA Mars Reconnaissance Orbiter" planetlərarası stansiyadakı HiRISE kamerası ilə çəkilmiş fotoları təhlil ediblər.

Bu zaman onlar eroziya nəticəsində buzlaqların göründüyü 8 sahə aşkarlayıblar.

Bəzi buzlaqların qalınlığı 100 metrdən artıqdır.

Həmin sahələr 55 dərəcəyədək maililiyi olan, orta enliklərdə yerləşən yamaclardır. Kraterlərin olmaması buzlaqların bu yaxınlarda yarandığını göstərir.

Buzlaqlar 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.

Dünyada   Baxılıb: 471   Tarix: 12 yanvar 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR