Daha bir ulduz zorlamada ittiham olunur

Daha bir ulduz zorlamada ittiham olunurHollivud aktrisası Regina Simons 90-cı illərin məşhur döyüş filmləri ulduzu, Aykido üzrə 7-ci dan qara kəmər ustası Stiven Siqalı zorlamada ittiham edir.

Simons Siqalın 1994-cü ildə baş rolda oynadığı "Ölümcül təhlükədə" adlı filmdə epizodik rolda çəkilib.

Aktrisanın sözlərinə görə, insident onun 18 yaşı olan zaman baş verib. Siqal onu çəkilişlərin yekunlaşması münasibətilə evində keçirdiyi şənliyə dəvət edib, ancaq aktrisa evə gəldikdən sonra məlum olub ki, onun yeganə qonağıdır və heç bir şənlikdən söhbət getmir.

Faviola Dadis də aktyoru cinsi istismarda ittiham edib. Siqalın 2002-ci ildə dinləmələr zamanı ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Simons və Dadisin ötən ilin dekabr ayında məşhur aktyordan Los-Anceles polis idarəsinə şikayət etdikləri bildirilir.

İdarənin mətbuat xidmətinin rəhbəri 2005-ci il hadisələri ilə bağlı Siqala qarşı istintaqın aparıldığını diqqətə çatdırıb.
//oxu
Daha bir ulduz zorlamada ittiham olunur

Dünyada   Baxılıb: 840   Tarix: 12 yanvar 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR