3-cü dünya müharibəsi nə vaxt başlayacaq?

"Qloballaşma bütün prosesləri dəyişdi".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu qeyd edib ki, müharibə deyiləndə 1-ci və 2-ci dünya müharibələri nəzərdə tutulur: "Düşünürlər ki, onlar necə başladısa üçüncü dünya müharibəsi də o formada olacaq. Əslində isə belə deyil. Artıq 3-cü dünya müharibəsi başlayıb. Roma papası 6 ay bundan qabaq verdiyi açıqlamasında 3-cü dünya müharibəsinin başlandığını demişdi. Müharibəsi artıq gedir. Minlərlə insanlar ölür, evsiz-eşiksiz qalır, hərbi texnikaya çoxlu vəsait xərclənir. Elə bunların hamısı müharibənin getdiyinə işarədir. 1915-cı ildən 1923-cı ilə qədər ermənilər iddia edilər ki, 0.5 millyon əhalisi öldürülüb. Bu gün Aralıq dənizində ölən miqrantların sayı ermənilərin iddia etdiyi rəqəmdən böyükdür. Bu gün bəzi Avropa alimləri 1-ci dünya müharibəsi deyiləndə ermənilərin yalanlarına istinad edirlər. Bütün parametrlərə görə müharibə çoxdan başlayıb".

Politoloq vurğulayıb ki, bu gün mövcud texnika ilə bir-iki günə çox şey əldə etmək olar. "Əgər ikinci dünya müharibəsində tankın 10 günə getdiyi yolu bu gün 2-3 saata qət etmək mümükündür. Çünki mövcud texnika buna imkan verir. Rusiya Xəzər dənizindən Suriyanı vurdu. Düşünün Xəzər dənizi hara Suriya hara. Təsəvvür edin ki, aralarındaki məsafə 1000-1500 kilometr məsafədir. Əgər dinc quruculuq işləri görülmürsə müharibənin əlamətidir. Bu gün Türkiyənin, İranın ərazisinə qoşun yeritməyə ehtiyac yoxdur. Dövlətlər görün necə yox olur. Vaxtı ilə İraq necə yoxa çıxdı. Halbuki İraq ətrafındakı dövlətlərə firəvanlıq verirdi. Bu gün İraq demək olar ki, yoxdur. İraqı daxildən dağıtdılar. Eləcə də Livya 3 yerə bölünüb. Amma zamanında Livyanın ətrafında olan dövlətlərlər ondan bəhrələnirdi. Müharibənin nəticəsi dövlətlərin sıradan çıxmasıdırsa demək müharibə çoxdan başlayıb. Bu gün güc dövlətləri olan ABŞ və Rusiya oturub dünyadakı mövcud problemləri həll etmirlərsə yəqinki müharibənin növbəti mərhələlərində biz hərbi aktivliyindən danışacağıq".

Milli Məclisin deputatı Elman Məmmədov isə açıqlamasında müharibənin bir gün də olsa dayanmadığını qeyd edib. "Müharibəni başladan ABŞ və onun müttəfiqləridir. ABŞ öznü dünyanın ağası hesab edir. Dünya dövlətləri də o necə istəsə elə də idarə edilməlidir. Amerika mövcud olan böyük və kişik dövlətlərin daxili işinə müdaxilə edir. Bundan da böyük hüquq və qanun pozuntusu yoxdur. Ondan soruşan yoxdur ki, İran və Türkiyə onun kimi dövlətlərdir. ABŞ-ı nə maraqlandırır ki, İranda kimlər həbs olunub. Bəlkə həbs olunanlar sənin adamlarındır? Həbs olunanlar İran vətəndaşıdır. Vətəndaşı olduğu dövlətin qanunları ilə də cəzalandırılacaqlar. Belə çıxır ki, İranda baş verənlərdə sənin marağın var. ABŞ Tükiyə ilə guya müttəfiq dövlətdir. Amma Türkiyənin daxilində fəaliyyət göstərən terror təşkilatlarını maliyyələşdirir. Belə tərəfdaşlıq olmaz. Dünyada sabitliyi pozan ABŞ-dır. Amerika özü üçün qərar qəbul edib ki, dünyanın yeganə ağasıdır, o necə istəsə dövlətlər elə idarə olunmalıdır. Bundan da böyük hüquq pozuntusu yoxdur. Dünya da bundan da artıq gərginlik yaransa bunun səbəbkarı Amerika olacaq. Son 15-20 ildə mövcud olan terror təşkilatları və onları silahla təmin edən elə ABŞ-dır. Bu cür dünyada ağalıq etmək istəyən dövlətlərlə birgə mübarizə vacibdir. Yəni Türkiyə-İran münasibətləri yaxşı olmalıdır. İran bizim torpaqlarımızı işğal edib, insanlarımızı vəhşicəsinə qətlə yetirən Ermənistana dəstək verməməlidir. Çünki İran gördü ki son bir neçə gündə baş verən hadisələrdə azərbaycanlılar necə dəstək verdi. Məncə birlikdə müharibənin və terrorun qarşısını almaq olar".
3-cü dünya müharibəsi nə vaxt başlayacaq?3-cü dünya müharibəsi nə vaxt başlayacaq?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3640   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart