Quş qripinə yeni yoluxma halları aşkar edildi

Quş qripinə yeni yoluxma halları aşkar edildiBöyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib.

Bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.

Bununla belə, virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur.

Hakimiyyət orqanları quş fermaları sahiblərinə quşları yenidən qeydiyyatdan keçirməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Mənbə: publika.az

Hadisə   Baxılıb: 509   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR