Nazirlər Kabinetindən bu müəllimlərlə bağlı yeni qərar - VİDEO

Nazirlər Kabinetindən bu müəllimlərlə bağlı yeni qərar - VİDEOKənd məktəblərində dərs deyən müəllimlərin imtiyazları artırılır.

Bununla bağlı Nazirlər Kabineti yeni qərar verib.

2010 və 2014-cü ildə kənd məktəblərdə dərs deyən müəllimlərin imtiyazları ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə indiki qərar arasında fərq var.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirir ki, yenilik bu kateqoriyadan olan müəllimlərə bir sıra üstünlüklər verir.

Dəyişiklik "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarda əksini tapıb. Onu da qeyd edək ki, hazırda kənd yerlərində dərs deyən müəllimlər 60 manat həcmində kirayə pulu alırlar. 2014-cü ildən qəbul edilən qaydaya görə bundan əlavə vəsaitlər də hesablanır.

Müsabiqədən yeni keçərək kənd məktəblərinə təyinat alan müəllimlərə ilk aydakı maaşlarında iki aylıq maaş miqdarında əlavə vəsait yüklənir. Bu müəllimlərin həmin yerdə məskunlaşmasına yardım etmək məqsədilə edilir. /xezerxeber.az

Sosial   Baxılıb: 5445   Tarix: 13 yanvar 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR