Ermənilər Qarabağda ayağa qalxdı: "Azərbaycana gedəcəyik"

Ermənilər Qarabağda ayağa qalxdı: "Azərbaycana gedəcəyik"Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni sakinlər etiraza başlayıb.

Ermənistanın işğalçı rejimi tərəfindən Qarabağa yerləşdirilən və hazırda burada yaşayan erməni sakinlərdən əsgərlərə yardım adı altında məcburi ödəniş alınır.

Məlumata görə, yaralı əsgərlərə yardım üçün fond yaradılıb və hər bir erməni yanvarın 1-dən etibarən bu fonda ayda 2,1 dollar (1000 dram) ödəyəcək.

Ermənilər bunun ədalətsiz olduğunu deyərək, sözügedən məbləği ödəməkdən imtina edirlər. Hətta ermənilərdən bəziləri Ermənistanın Qarabağda yaratdığı qondarma DQR rejimini Azərbaycana getməklə hədələyib. Lakin separatçı rejimin "polisi"nin əhalidən məcburi qaydada pul topladığı haqda məlumatlar var.

Erməni ekspertlər bunun sosial partlayışa səbəb olacağını və Azərbaycanın xeyrinə olduğunu deyirlər.

Mənbə: publika.az

Siyasət   Baxılıb: 5565   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR