Rusiya qisasını aldı

Rusiya qisasını aldıHücum edən qruplaşma darmadağın edildi

Rusiya Yeni il günü Suriyadakı bazasına edilən hücumun qisasını aldı. İstiPress-in məlumatına görə, bayram günü Xmeynim bazasına hücum təşkil edən qrupun yeri müəyyən edilib. Həyata keçirilən əməliyyatla bu qrupun bütün üzvləri məhv edilib.

Müdafiə Nazirliyi diversant qrupun Suriyanın İldib şəhərinin qərb sərhədinə yaxın ərazidə aşkar edildiyini açıqlayıb. Bölgədə bir silah-sursat anbarı da tapılıb. Məlumata görə, əməliyyatı xüsusi təyinatlılar həyata keçirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyin Ərdoğanla son telefon danışığı zamanı hərbi bazalarına hücum edənlərin kim olduğunu bildiklərini açıqlamışdı. "Bu hücumun arxasında türk dövləti və ordusunun olmadığından əminik. Təxribatçının arxasında dayananları bilirik".

Xatırladaq ki, Rusiya mətbuatı dekabrın 31-də hərbi bazaya olan hücum zamanı 10-dan çox hərbçinin yaralandığını, azı 7 hərbi təyyarəyə ziyan vurulduğunu yazmışdı. Rusiya Müdafiə Nazirliyi isə bu məlumatları qismən təsdiqləyib. Belə ki, hərbi bazada 2 hərbçinin öldüyü təsdiq edilsə də, təyyarələrlə bağlı məlumatın doğru olmadığı açıqlanmışdı. Hücuma görə məsuliyyəti "Azad ələvi hərəkatı" adlı qruplaşma üzərinə götürmüşdü.

Yanvarın 6-da isə Rusiyanın Sujriyadakı hərbi obyektlərinə pilotsuz uçan aparatlarla (PUA) hücum olub. PUA-lara partlayıcı qurğular quraşdırılıb. Onların bir qismi məhv edilib, bir hissəsi isə xüsusi radioelektron vasitələrlə yerə endirilib.

Mənbə: istipress

Siyasət   Baxılıb: 1749   Tarix: 13 yanvar 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR