Təkbaşına 12 ermənini öldürdü - FOTOLAR

Təkbaşına 12 ermənini öldürdü - FOTOLARÖtən əsrin 80-ci illərinin sonlarından başlayaraq, ermənilərin Azərbaycan əraziərinə iddialarının növbəti dəfə baş qaldırması Vətənimizi daha bir ciddi sınaqla üz-üzə qoydu.

Sovet rəhbərliyinin birbaşa himayəsi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə kifayətlənməyən ermənilər bu iddialarının ilkin mərhələsində tarixi torpaqlarımızda yaradılmış Ermənistandakı soydaşlarımızı da yurd-yuvalarından didərgin saldılar. SSRİ-nin süqutundan sonra beynəlxalq himayə dairəsi genişlənən Ermənistanın Azərbaycana genişmiqyaslı hərbi təcavüzü nəticələri bu gün də hələ aradan qaldırılmayan ağır müharibəyə səbəb oldu.

Ermənilərin Qarabağa iddiaları qarşısında qətiyyətsizlik göstərən Azərbaycanın sovet rəhbərliyindən fərqli olaraq, xalq və onun aparıcı qüvvəsi olan ziyalılarımız etiraz səslərini ucaltdılar. Məsələ savaş həddinə yetişəndə isə xalqımızın qəhrəman oğul və qızları silaha sarılaraq, Vətən torpaqlarının müdafiəsinə qalxdılar.

Qarabağ uğrunda Vətən müharibəsində minlərlə şəhid versək də, qeyri-bərabər döyüşlərdə misilsiz igidliklər göstərən övladlarımız Azərbaycan xalqının döyüş ruhunun sarsılmadığını, heç vaxt sarsılmayacağını düşmənə və bütün dünyaya nümayiş etdirdilər.

Qeyd olunduğu kimi, Qarabağ savaşında minlərlə soydaşımız şəhid olub. Bu rəqəm ümumi təəssürat yaratsa da, şəhidlərimizin hər birinin döyüş yolu, düşmənlə mübarizədə göstərdiyi şücaətlər ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanıdır. O baxımdan, şəhidlərimizin heç biri unudulmur, onlar haqqında kitablar yazılır, televiziya verilişləri hazırlanır, adları əbədiləşdirilir və onlar yetişən gənc nəslə nümunə göstərilirlər.

Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olaraq, adını igidlik örnəyinə çevirən soydaşlarımızdan biri də Malik Bəhmən oğlu Məmmədovdur. Malik 1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində doğulub. Onların ailəsi də 1988-ci ildə Ermənistandakı yurdlarından didərgin düşən 200 minə yaxın soydaşımızın aqibətini yaşayır. Bu hadisə Malikin həyatda aldığı ilk ağır zərbə olur və yurd itkisi onun Vətən sevgisini daha da gücləndirir. 1990-cı ildə Sovet ordusuna çağırılan Malik hərbi xidmətini Rusiyanın Samara vilayətində keçir. Lakin erməni azğınlığının güclənməsi üzündən ilyarım sonra Sovet ordusunu tərk edərək Azərbaycana qayıdır. Malik yeni yaradılan Azərbaycan Ordusu sıralarına daxil olur. Bir müddət sonra könüllü olaraq, cəbhə bölgəsinə yollanır.

Vətən sevgisi, ermənilərin baş qaldıran iddialarını boğmaq və tarixi yurda qayıtmaq düşüncəsi Maliki cəsur döyüşçü kimi formalaşdırır. Malikin döyüş yolu Füzuli rayonundan başlayıb. Rayonun Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Onun hərbi istedadını qiymətləndirən rəhbərlik Maliki əvvəlcə taqım komandirinin müavini, bir qədər sonra isə minaatıcı taborda bölük komandiri təyin edir. Qorxubilməz döyüşçünün döyüşlərdə göstərdiyi qəhrəmanlıq düşmən cəbhəsində ciddi təlaş yaradır və ermənilər Malikin başına pul mükafatı qoyurlar. Ona görə də, tabor komandiri Malikn təhlükəsizliyi üçün ona mühafizə də ayırmışdı.

Döyüş yolu Füzuli rayonunda davam edən Malik aramsız döyüşlərdə özünə qarşı bu diqqətin əbəs olmadığını göstərir. Lakin Məngələnata yüksəkliyinin ermənilərdən azad edilməsi əməliyyatında ermənilərə ağır itki verən, 1 ədəd "PK" pulemyotu və başqa döyüş sursatlarını ələ keçirən Malik minaya düşür. Ayağından və çənəsindən yaralansa da, ələ keçirdiyi qənimətlə hərbi hissəyə dönür. O, bu igidliyinə görə 10 min manat məbləğində pulla mükafatlandırılır. Əvvəl Füzuli, sonra isə Bakıda hərbi hospitalda müalicə olunan Malik Samarada birgə hərbi xidmət etdiyi iki soydaşımızın şəhid olduğunu öyrənərək, müalicəsini yarıda kəsir və onların intiqamını alacağına and içir. 1993-cü ilin dekabrında yenidən döyüşlərə atılan Malik Füzulinin Kürdmahmudlu, Şükürbəyli, Bəhmənli, Seyidəhmədli, Alxanlı kəndlərinin azad olunmasında özünəməxsus igidlik göstərir.

Malik gərgin döyüşlərdən sonra rəhbərliyin verdiyi 8 günlük məzuniyyətdən imtina edir. Deyir ki, növbəti döyüşdən sonra müavini Vasiflə birlikdə məzuniyyətə çıxar. Lakin 1994-cü il yanvar ayının 13-ü Malikin son döyüşü olur. Aşağı Əbdülrəhmanlı kəndinin azad edilməsi üçün başlayan əməliyyat nəticəsində düşmən kəndi tərk etmək məcburiyyətində qalır. Geri çəkilən düşməni 8 kilometr təqib edən Malik və onun dəstəsi erməniləri ağır itkiyə məruz qoyur.

Malik isə təkbaşına 12 erməni və düşmənin 2 snayperini məhv edir. Ancaq üçüncü snayperi hədəfə aldıqda, özü düşmən gülləsinə tuş gəlir. Yoldaşları Maliki döyüş meydanından çıxarsalar da, igid hərbçimiz başından aldığı güllə yarası ilə canından artıq sevdiyi Vətən uğrunda şəhid olur.

Malik Məmmədov 1994-cü il yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn edilir. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq nəzərə alınaraq, Bakının Nərimanov rayonundakı küçələrdən birinə Malik Məmmədovun adı verilib. Bundan başqa, Malik Azərbaycan prezidentinin 24 iyun 2010-cu il tarixli sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Gələcək nəsillərə qəhrəmanlıq nümunəsi göstərən Malikin adı xalqımızın yaddaşında olduğu kimi, Məmmədovlar ailəsində də yaşamaqdadır. Şəhidin böyük qardaşının nəvəsi məhz igid döyüşçünün adını daşıyır. Malikin doğmaları bununla təskinlik tapır, balaca Malikin də adaşı kimi Vətənə faydalı övlad olmasını arzulayırlar.

mənbə: yenicag.az
Təkbaşına 12 ermənini öldürdü - FOTOLARTəkbaşına 12 ermənini öldürdü - FOTOLARTəkbaşına 12 ermənini öldürdü - FOTOLARTəkbaşına 12 ermənini öldürdü - FOTOLARTəkbaşına 12 ermənini öldürdü - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2469   Tarix: 14 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021