"Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi" - Azərbaycanda - FOTO

Sonxeber.az BiG.AZ-ın zorakılığa məruz qalan qadınla müsahibəsini təqdim edir:

Satın müsahibi, əri tərəfindən övladı əlindən alınan Günel Məmmədovadır (ad şərtidir).

- Necə oldu ki, bu sığınacağa yerləşdirildiniz?

- Mən 2011-cı ildə ailə qurmuşam. Onunla ailə quranda artıq o, 28 il idi ki, Rusiya vətəndaşıydı. Mən onun ikinci həyat yoldaşı oldum. Birinci xanımı sinif yoldaşı olub. Həmin xanımla 17 il ailəli olublar. Həmin nikahdan 2 qızı var. Hər kəs birinci xanımından üz döndərsə də, böyük bacısı onu çox istəyirdi. Ərim ailə quranda mənə dedi ki, sən kənd qızı olduğundan ailə qururam, anam-bacım deyən qızı ona görə almıram ki, onlar mən deyən yolu gedə bilməzlər. Avqustun 2-si onunla ailə qurdum. Ailə qurduğumuz ilk gündən ailəsi məni bəyənmədi. Məndən ayrılmasını istəyirdilər. O, oğlumuzun olmasını istəyirdi, qız olsa, abort etdirməyimi tələb edəcəkdi. Elə oldu ki, oğlumuz oldu. 15 gün qayınatamgildə qaldım. Bu 15 gündə ancaq söz- söhbət olurdu. Böyük baldızım istəmirdi ki, ərim birinci ailəsini dağıtsın.

- Əriniz sizinlə necə davranırdı?

- Çox mədəni insanıydı. Onun qoca, xəstə rus sahibi var idi. Mən oraya gedəndən həmin evin sahibinə atam kimi baxırdım. 2012-cı ildə oğlum dünyaya gəldi. Oğlumun artıq 6 yaşı var. Oğlum dünyaya gələn zaman rus öldü. Rus ölənə kimi bacısı, ailəsi, kənddən gələnlər evimizi futbol topuna döndərmişdilər. Məni çox incidirdilər. Ərimə deyəndə də, o, heç nə demirdi. Düzdür, yaxşı qazanırdı. Mən bu gün başıma gələnləri kiməsə danışanda deyirlər ki, ərin rus sahibəsinə görə dözürmüş. Çünki onun dərdini heç kim çəkməzdi. Rus sahibəsi öləndən sonra ərim evi öz adına çevirdi. Evi öz adına çevirəndə onlar kimi oldu. Mənim əlimdə döyülmə videolarım var. Telefonum əlimdən alınıb. Mən evə bağlı şəkildə saxlanılmışam. Sahibəsi öləndən sonra ərim məni Azərbaycana gətirib anamın üstünə atdı. Bəhanəsi də guya evi təmir etdirirdi. Anam təzyiq xəstəsi idi. İl yarım Azərbaycanda qaldım. Keçən ilin martında guya oğlumu gəzdirmək, paltar almaq adı ilə Dağıstana qədər qaçırtdı. Mən də qayınatamgilə gedib dedim ki, uşağımı qaytarmasanız, özümü öldürəcəyəm. Gedib uşağımı alıb Azərbaycana qayıtdım. 8 aya kimi anamla qaldım. O eşitdi ki, anam öləcək, məni geri apardı.

Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi - Qadının həyatı DƏHŞƏTƏ GƏTİRDİ
- Rusiyaya geri qayıdanda ailənin sizə münasibəti necə oldu?

- Geri qayıdanda gördüm ki, evimiz adamla doludur. Yenə mən hər şeyə razı idim. Təki övladım yanımda olsun. Mən bütün günü evin işlərini təkbaşıma görürdüm. Əri evə gələndə məni döydürürdülər. Məni döyüb dəfələrlə meşəyə atırdılar. Orda ruslarla rastlaşırdım, məni evə gətirirdi. Dili də yaxşı bilmirdim. Onlar məni meşəyə ona görə atırdılar ki, mən həmin rusa yaxınlaşım. Adını da qoysunlar ki, guya mən gəzəyənəm, ərimə meşədə rusla xəyanət edirəm. Onlar bunu etməklə övladımı əlimdən almaq istəyirdilər. Rus sahibəsi öləndən sonra çalışırdılar ki, oğlumu əlimdən alsınlar. Azər həmişə mənə deyirdi ki, ailəmi həmişə səndən üstün tutacağam. Məni aparıb bacısıgilə atırdı. Bacısı da ağlayaraq ona zəng edirdi ki, Günel bizim yeməyimizə zəhər atıb, bizi öldürmək istəyir. Mən də deyirdim ki, mənim pulum var zəhər alım? O, məni hamının ayağa verdi, arxamda durmadı. Övladım atasını çox sevirdi. Mən atasız böyüdüyümə görə istəmədim ki, oğlum da atasız böyüsün. Sonu da belə oldu. Qaynım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi. Hərəkətini, danışığını bilmirdi. Bu da, əlbəttə, məqsədli idi. Çünki məni dəli kimi qələmə vermək istəyirdilər. 10 ayda mən gündə söyülmə və döyülmə ilə qarşılaşmışam. Evin pərdələrini, qablarını sındırırdılar. Yeməyi ayaqyoluna tökürdülər. Ərim evə gələndə də deyirdilər ki, Günel bizim yeməyi ayaqyoluna tökür. Xəstəxanadan ekspert gətirirdilər ki, gəlin dəli olub. Ərim bu dəfə də deyirdi ki, oğlumun anasıdır, bir dəfə də şans verirəm. Sonda isə məni dəli adlandırıb xəstəxanaya atdılar. Səbəb isə qaynımın uşağı oğlumu boğurdu, mən də əsəbləşib onun qolunu dişlədim. Bunu onlar videoya çəkdilər. Həm də evi dağıdıb məni şərlədilər. Yalandan deyirdilər ki, guya mən uşağı eyvandan atıram, üstlərinə bıcaq çəkirəm. Ərim də bütün bu yalanlara, sadəcə, susurdu. Məni atdılar dəlixanaya. Adını da qoydular ki, guya uşağın psixologiyasını pozmuşam. Mən xəstəxanada 15 gün yatdım. Həkim mənə dedi ki, biz səni kameradan izləyirik normal, sağlamsan. Həkim ərimə zəng elədi. Ərim də yalandan həkimə dedi ki, mən Bakıdayam, 15 gün də yatırın, pulunu ödəyəcəyəm. 1 ay məni xəstəxanada yatızdırdı. Sən demə, 1 ay xəstəxanada yatan anaya uşaq vermirlər. Nikahımız silinib. Amma mən məhkəmədə iştirak etməmişəm.

- Oğlunuzun sizə münasibəti necədir?

- Oğlum mənə ana demir. Atası hər kəsə məni günahkar kimi qələmə verir. Məni xəstəxanadan çıxarıb öz tanışı ilə Bakıya - dayımın üstünə atdı. Mənə hansısa dərman vermişdilər. Rayonda hamı şahiddir ki, mən hansı vəziyyətdə olmuşam. Gəldim 1 ay yatdım. Ayıldım ki, oğlum yoxdur. Pul tapıb Rusiyaya getdim. Soyuqda blokda yatırdım. Qaynım da, ərim də məni döyürdülər ki, sən bura kimlə gəlmisən. Övladımı mənə göstərmədilər.

- Oğlunuzu geri almaq üçün hara müraciət etmisiniz?

- Hara gedirəm, dərdimə əlac yoxdur. Hər kəs deyir Rusiya vətəndaşı olduğu üçün gedin probleminizi orada həll edin. Mən hər yerə müraciət etmişəm. Son ümid kimi, Xoşqədəm xanımın verilişinə çıxdım. Mən keçmiş ərimdən heç nə istəmirəm. Artıq o, üçüncü dəfə evlənib. Ümidlə övladımın mənə qaytarılmasını gözləyirəm.
"Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi" - Azərbaycanda - FOTO"Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi" - Azərbaycanda - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12261   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021