"Şəhidləri təhqir edənlər Şəhidlər Xiyabanına buraxılmasın!"

"Şəhidləri təhqir edənlər Şəhidlər Xiyabanına buraxılmasın!"Gənc yazar Kəramət Böyükçölün Azərbaycanın mübariz şairi Xəlil Rza Ulutürkü, onun şəhid övladını təhqir edən paylaşımı sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Ümumiyyətlə, zaman-zaman şəhidləri təhqir edənlərin şahidi oluruq. Halbuki, biz vətən uğrunda canından keçən qəhrəmanlara borcluyuq. Bu gün müstəqiliksə, bunda şəhidlərimizin böyük rolu var.

Bəs şəhidləri təhqir edənlərlə bağlı hansı tədbirlər görülməlidir?

Bununla bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az-a danışıb. O bildirib ki,əslində bu, mənəviyyat məsələsidir:

"Şəhidləri təhqir edənlərlə bağlı bizim qanunvericilikdə hansısa inzibati yollar, yaxud hüquqi məsuliyyətə cəlb edilmə halları yoxdur. Lakin hesab edirəm ki, qanunda bununla bağlı hər hansı tədbiri nəzərdə tutan maddələr ola bilərdi. Bilirsiniz, şəhidlərin statusu ilə bağlı qanun var. Şəhidlərə münasibət, şəhidlərin ruhuna, xatirəsinə hörmətlə əlaqəli o qanuna əlavələr etmək olar".

A.Nağı düşünür ki, bu cür məsələlərdə öncə ictimai qınaq önəmli rol oynayır:

"Şəhidləri təhqir edən adamlar tərbiyəsiz, gündəmə gələ bilməyən adamlardır. O adamlar hansısa sərt, kəskin münasibət bildirməklə gündəmə gəlməyə çalışırlar ki, onların ətrafında müzakirələr getsin. Çox təəssüf ki, Azərbaycanda belə adamlar var. Pis ya yaxşı fərqi yoxdur, o adamlar üçün adlarının çıxması, hallanması önəmlidir.

Yəqin ki, bu insanlarla bağlı əsasən Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə qınaq olmalıdır. Heç olmasa belə hallar başqalarına dərs olmalıdır ki, təkrar etməsinlər. Digər tərəfdən hüquqi məsuliyyət məsələsi üzərində yenə düşünmək lazımdır".

Müsahibimiz qeyd edib ki, həmin insanları Şəhidlər Xiyabanına buraxmamaq da mümkündür, lakin bu istiqamətdə müəyyən çətinliklər ola bilər:

"Şəhidləri təhqir edənlərin qara siyahısını yaradıb onları Şəhidlər Xiyabanına buraxmamaq ola bilər. Lakin o zaman məsələyə kimsə nəzarət etməlidir. Bu da bir qədər çətin məsələdir. Gərək polislər əllərində siyahı dayanıb içəri keçənlərin sənədlərinə baxsınlar. Bilirsiniz, Xarici İşlər Nazirliyində Qarabağa qanunsuz səfər edənlərlə bağlı belə bir qara siyahı var. Bu ideyanı həyata keçirmə mexanizmi çətindir. Şəhidlər Xiyabanına gələn hər kəsin şəxsiyyət vəsiqəsinə baxmaq da düzgün deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1351   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021