Burun əməliyyatına gedənlərə xəbərdarlıq

Burun əməliyyatına gedənlərə xəbərdarlıqBurun estetikası ölkəmizdə və Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir. Bəzən nəfəs problemindən, bəzən isə yalnız estetik görüntü səbəbi ilə keçirilən bu əməliyyatlar barədə internetdə bir çox məlumatlar paylaşılır. Təəssüflər olsun ki, bu məlumatların əksəriyyəti, adətən, yalan olur və bu xəbərlər oxucularda, təbii olaraq, yanlış məlumatlar formalaşdırılır. Ailem.az modern.az saytına istinadən bununla bağlı mütəxəssis məlumatını diqqətinizə çatdırır.

Belə ki, Türkiyənin tanınmış qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dos. Dr. Dənizxan Dizdar burnunu estetik əməliyyat etdirmək istəyən, lakin hələ də suallarına cavab tapa bilməyənlərə öz təcrübəsindən nümunələr paylaşır...

Əməliyyatdan əvvəl diqqət edilməsi lazım olanlar…

Bu əməliyyata girməyə qərar verdikdən sonra həkiminiz sizin üçün əməliyyat öncəsi bəzi məsləhətlər verməlidir. Bu mərhələdə diqqət yetirilməsi lazım olan bir neçə nüans vardır. Məsələn, ən əhəmiyyətlilərindən biri, xəstə, aspirin kimi qan duruldan dərmanları əməliyyatdan ən az bir ya da iki həftə əvvəl buraxmalı və istifadə etməməlidir. Əgər əməliyyat olunacaq şəxs bu dərmanların istifadəsinə davam etsə, xəstənin əməliyyatı böyük risk daşıyar və mənfi nəticələnər. Bu da həm xəstəyə, həm də mütəxəssisə mənfi təsir edərək arzuolunan səmərənin alınması çətinləşdirər. Eyni zamanda qeyd etmək istərdim ki, xəstələrin siqaret və spirtli içkilərdən istifadəsi də yaraların sağalmasını olduqca gecikdirər. Bu səbəbdən xəstələr müalicə müddətindən əvvəl bu tip vərdişlərini buraxmalı, heç olmasa mümkün olduğunca ara verməlidirlər.

Qadın namizədlərin ən çox soruşduğu suallardan biri isə, onların adət dönəmində burun estetik əməliyyatı etdirə bilib, bilməyəcəkləri ilə bağlıdır. Namizədlər bu mövzu ilə bağlı mütləq şəkildə seçdikləri həkimlə məsləhətləşməlidirlər. Ancaq bu bioloji baxımdan hər hansısa bir maneə daşımır. Yəni namizədlər bu dönəmlərdə də burun əməliyyatı keçirə bilərlər.

Əhəmiyyətli olan nəticənin müsbət olmasıdır…

Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin, bu əməliyyat lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər. Hər 2 texnikanın müsbət və mənfi tərəfləri vardır və əməliyyatın üsulu xəstənin ehtiyacına görə şeçilər. Hər iki üsuldan hazırda geniş şəkildə istifadə edilir. Əhəmiyyətli olan hansı texniki üsul istifadə edilirsə edilsin, nəticənin müsbət olmasıdır.

Rinoplastika əməliyyatında da hər əməliyyatda olduğu kimi bir neçə gün ağrı hiss edilər. Lakin bu, standart ağrıkəsici dərmanlarla müalicə edilə biləcək vəziyyətdir.

Əməliyyat sonrası burunda şişlər və göyərmələr…

Rinoplastika əməliyyatı burun sümüyünə istiqamətli bir əməliyyat olduğundan bir çox faktora bağlı olaraq burunda şiş meydana gələ biləcəyini təbii hesab edən Dr. Dizdar, bunun səbəblərini belə açıqlayır:

"Burada birinci faktor xəstənin dəri quruluşudur. İncə dərili xəstələrdə şişlərə və müəyyən göyərmələrə daha çox rast gəlinir. Əməliyyat sonrası iki gün ard-arda olmaqla, buzdan istifadə edərək şişkinlik və göyərmələri minimuma endirmək mümkündür. İkinci faktor isə mümkün olduğunca az zədə yarada biləcək cərrahi texniki üsulun istifadə edilməsidir. İndiki vaxtda burun cərrahiyyəsi çox inkişaf etmiş vəziyyətdədir və yeni yaranan tibbi texniki alətlərlə istənilən dəyişikliklər edilə bilər. Əməliyyatda yaranan bütün bu göyərmə və şişliklər isə, adətən, 10 gün müddətində tamamilə keçib gedir.

Əməliyyatdan sonra xəstə klinikada cəmi bir gecə saxlanılır. Əməliyyat sonrası ikinci gün burunun içinə yerləşdirilən silikonlar çıxardılır. Əməliyyatın yeddinci günündə isə burnun gipsi və burun ucunda tikişlər varsa, onlar açılır. Bundan sonra mütəmadi olaraq, birinci ay, üçüncü ay və il sonunda müayinələr aparılmalıdır".

Dr. Dizdar, əməliyyatın pik nöqtələrini qeyd edib:

- Əməliyyat əvvəlində anesteziya ilə əlaqəli müxtəlif təhlil və tədqiqatlar aparılmalıdır;

- Əməliyyatdan əvvəl qrip, soyuqdəymə və bu kimi halların qarşısı alınmalıdır, (Ümumiyyətlə, qrip olan şəxslərdə əməliyyat, adətən, təxirə salınır.);

- Əməliyyat öncəsi etdirdiyiniz müalicələrdə istifadə etdiyiniz dərmanları həkiminizə mütləq bildirməlisiniz;

- Qan durulaşdıran qidalardan istifadə etməməlisiniz;

- Bitki tərkibli dərmanları və ya çaylarını da əməliyyatdan 10 gün əvvəl buraxmalısınız;

- Siqaret yaxşılaşma müddətini azaltdığı üçün əməliyyata qərar verdiyiniz andan siqareti də mütləq tərgitməlisiniz;

- Əməliyyata gedərkən lak, jele, makiyaj, saç spreyi kimi kosmetika məhsullarından uzaq durmalısınız;

- Əvvəl keçirdiyiniz əməliyyatlar varsa, bunun haqqında həkiminizi məlumatlandırmalısınız.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2108   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart