Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?"Regionlarda mühafizəçi missiyasını məktəbin yaşlı əməkdaşları həyata keçirir".

Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın Perm şəhərində iki yeniyetmənin 167 saylı məktəbə soyuq silahla hücumu nəticəsində bir müəllim və 15 şagirdə xəsarət yetirilib.

Rusiyada baş verən bu olay Azərbaycanda fəaliyyət göstərən orta və ali məktəblərin təhlükəsizlik məsələsini yenidən aktuallaşdırıb. Görəsən, övladlarımızı arxayınlıqla məktəblərə göndərə bilərikmi?

Mövzu barəsində danışan təhsil eksperti Kamran Əsədov bu sahədə vəziyyətin ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan məktəblərinin böyük əksəriyyətində təhlükəsizlik məsələsi ciddi problem olaraq qalmaqdadır:

"Azərbaycanda 4500-ə qədər orta məktəb var. Amma dövlət səviyyəsində məktəblərin mühafizə olunması ilə bağlı hər hansı qayda və qanun nəzərdə tutulmayıb. Ona görə də məktəblərin təhlükəsizliyi onların öz daxili imkanları hesabına təmin olunur. Yəni hər hansı bir fond hesabına, yaxud da məktəb əməkdaşları qapıda növbə çəkməklə bu prosesi həyata keçirirlər. Lakin bununla məktəblərin təhlükəsizliyini tam təmin etmək mümkün deyil.

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi hər kəsin yaddaşındadır. Bu fonda həqiqətən də təkcə orta məktəblər deyil, ali məktəblərin təhlükəsizliyinin təmin edilməsində də müəyyən boşluqlar var. Düzdür, ali məktəblərin maliyyə imkanları geniş olduğundan dövlətə müraciət etməklə ərazinin mühafizəsini təşkil edirlər.

Ancaq Bakıdakı 310 məktəbdən yalnız 25-i xüsusi mühafizəçilərlə təmin olunub. Bununla belə, təhlükəli an yaranan zaman onların da üzərində mühafizə etmək imkanına malik heç bir qoruyucu silah olmur. Düzdür, bir neçə məktəbdə qapıda polis dayanır. Lakin bu kütləvi xarakter daşımır ki, Perm şəhərində baş verən olayların bizdə də baş verməsinin qarşısını almaq mümkün olsun.

Regionlarda isə mühafizəçi missiyasını məktəbin yaşlı əməkdaşları həyata keçirir. Hansı ki, onlar da hər hansı bir təhlükəsizliyin təmin edilməsini həyata keçirə bilməzlər. Hətta hər hansı bir cüssəli adam bu mühafizəçiləri asanlıqla zərərsizləşdirə bilər. Belə olan halda görürük ki, konkret olaraq məktəblərimiz mühafizə dəstələrilə təmin olunmayıblar.

Azərbaycanda kifayət sayda polis kontingenti var. Ona görə də onların bir hissəsi məhz dövlət tərəfindən məktəblərin təhlükəsizliyinin təmin edilməsinə təhkim olunmalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 862   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel