Sabah Ermənistanda üsyan başlayır - VİDEO

Sabah Ermənistanda üsyan başlayır - VİDEOErmənistandan sabahdan bahalaşmaya qarşı kütləvi etiraz dalğası başlayır. Yeni ildə enerji daşıcılarının qiymətini və vergiləri yüksəldən sarkisyan rejiminə qarşı ermənistan xalqı sabah küçələrdə olacaq. Sosial partlayışın son həddində olan siyasi böhran da artıq qaçılmaz hal alıb.

Ermənistan sosial partlayışın ən pik həddinə çatıb. Belə ki, sabahdan Ermənistan paytaxtında bahalaşma əleyhinə kütləvi etiraz aksiyası keçiriləcək.

Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, Ermənistandakı bu etiraz nümayişlərinin əsaslı səbəbləri var. Belə ki, cari ilin yanvar ayının 1-dən etibarən Ermənistanda gündəlik tələbat mallarının, benzinin, maye qazın bahalaşması gərgin olan situasiyanı kuliminasiya həddinə çatdırıb. Son dərəcə agır vəziyyətdə yaşayan və minimal ehtiyaclarını belə ödəyə bilməyən ölkə əhalisi hökümətin yeni vergi məcəlləsinə dəyişiklik etməsinə radikal təpki göstərir. Bir tərəfdən əhalinin cibini yüksəldilmiş yeni tariflərlə boşaldan hökümət, ikinci bir tərəfdən də artan vergi rüsumları ilə sanki insanların son qəpik-quruşunu da talan etməyi özünə məqsəd seçib.

Elə məhz Sarkisyan rejiminin hətta öz xalqına qarşı belə amansız siyasətinə qarşı parlamentdə "Yelk" fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçələrə çıxmağa çağırmışdılar. Deputatlar hökümətə iqtisadi vəziyyəti stabilləşdirmək üçün dəfələrlə zəruru tədbirlərin görülməsini təklif etsələr də ötən il bununla bağlı rejimin heç bir addım atmadığını bildiriblər.

Ermənistanda qiyamın qaçılmaz oldugunu deyən politoloq Levon Şirinyan ölkənin institusional inkişaf etmədiyini, ancaq oliqarxlar və hərbi rəhbərlik tərəfindən idarə edildiyini diqqətə çatdırararq əhalini kütləvi itaətsizliyə çagırış edib.

"Yelk" blokunun üzvlərindən olan Nikol Paşayan isə bildirib ki, yanacağın bahalaşması ilə ölkədə inflyasiya səviyyəsi 30 faizə yüksələcək. Bu isə əhalinin sonu deməkdir. Bunun tək yolu isə xalqın küçələrə çıxaraq təzyiq etməklə höküməti vergi məcəlləsindəki dəyişiklikləri ləğv etdirməkdir.

Ermənistanda kütləvi etirazlar və qiyam təhlükəsi o qədər böyüyüb ki, hətta bu Rusiya və ABŞ kimi ölkələrin fəallığını artırması ilə nəticələnib. Belə ki, ABŞ səfiri Ermənistanın müdafiə naziri ilə görüşüb. Ekspertlər ABŞ-ın bu ölkənin müdafiə naziri Viqen Sarkisyanı prezident kürsüsündə görmək istədikləri, həmçinin ayağa qalxan xalqa qarşı ordunun müdaxilə edib-etməyəcəyini müəyyən etmək üçün bu görüşün keçirildiyini düşünürlər. Çünki xalqı gülləbaran etmək sahəsində artıq Ermənistan rejiminin yaxın keçmişdə böyük təcrübəsi mövcuddur. 2008-ci il martın 1-də İrəvanda dinc etirazçılara ordu qüvvələri tərəfindən atəş açılaraq 8 nümayişçinin öldürülməsi deyilənlərə əyani misaldır. Analoji hadisənin Sarkisyan rəhbərliyindəki hərbi xuntanın yenidən təkrarlayacağı isə heç kimdə şübhə doğurmur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 981   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq

25 aprel
.

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb. -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsin

23 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Cənubi Koreyada 20 yaşlı gənc 76 pişiyin həyatına son qoyub. xarici KİV-ə istinadən xəbər verir ki, o Changwon bölgə məhkəməsində keçirilən proses zamanı 14 ay həbs edilib. Oğlan avtomoilini cızdığına görə pişiklərə nifrət etdiyini və onları bu səbəbdən öldürdüyünü deyib. O son bir il ərzində evinə küçədə

24 aprel
.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır. Qeyd olunub ki, 88 yaşlı Salman bi

24 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Rusiyada maraqlı hadisə: Avtoyuma məntəqəsinə gələn sakinlər fillərlə qarşılaşdılar - VİDEO

Rusiyanın Vladiqafqaz şəhərinin sakinləri avtoyuma məntəqəsində maraqlı mənzərəyə şahid olublar. Məntəqəyə gələn sakinlər avtoyumanı "su parkı"na çevirən fil ailəsi ilə qarşılaşıblar. Belə ki, Şimali Osetiyanın paytaxtına fil sirki gəlib və rəhbərlik əsas artistləri - 37 yaşlı ana fili və onu

24 aprel