Məktəbə hücum edən şəxsin yaxalanma anı - Video/Yeni
Rusiya Federasiyasının Buryatiya Respublikasında orta məktəbə silahlı hücum olub.
Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı Buryatiya İstintaq Komitəsinin rəsmisi Dmitri Stolyarov məlumat verib.
İnsident Ulan Ude şəhərindəki 5 saylı məktəbdə baş verib.
Hücum 3 yeniyetmə tərəfindən törədilib. Hadisə zamanı 1 məktəbli qız öldürülüb, 5 nəfər isə ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Olayın səbəbləri məlum deyil.
Yeniyetmələr balta və "Molotov kokteyli" götürərək, məktəbə daxil olublar. Onlar balta ilə sinif yoldaşları olan qıza ölümcül xəsarət yetiriblər. Daha sonra "Molotov kokteyli"ni sinfə atıblar. Hadisə nəticəsində yanğın baş verib.
Yaralılardan birinin müəllim, 3-nün şagird, digərinin isə hücumçulardan biri olduğu deyilir. Cinayətkarın özünəqəsd etməyə çalışdığı bildirilib.
Olaydan sonra 500 nəfər məktəbdən evakuasiya edilib. Yanğının qarşısı qısa müddətdə alınıb.
Yerli polisdən verilən məlumatlara görə, hadisəni 9-cu sinif şagirdləri törədib. Yanğın baş verən otaqda isə 7-ci sinfin dərsi olub. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.
Qeyd edək ki, bu, son bir həftədə Rusiyadakı məktəblərə ikinci silahlı hücumdur. İlk hücum Perm bölgəsinin Motovilixin rayonunun 127 saylı məktəbində törədilib. Həmin hadisə zamanı 15 nəfər xəsarət almışdı.
***
Buryatiyada məktəbə hücum edən şəxslərdən birinin yaxalanma görüntüləri sosial şəbəkədə yayılıb.
Məlumatlara görə, hücum məktəbin şagirdləri Anton B., Aleksandr R. və İlya S. tərəfindən hazırlanıb.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1106 Tarix: 19 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDünyanın ən gənc həkimi: 17 yaşında
Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar
25 aprelCümə namazında Atatürkü təhqir edən gəncə 3 il 9 ay həbs verildi
Türkiyənin İstanbul şəhərinin Qayrettəpə rayonundakı cümə namazında iştirak etmiş və Mustafa Kamal Atatürkü barədə təhqirlərə yol verən gənclərdən biri barəsində məhkəmə qərar çıxarıb. İHA-ya istinadən xəbər verir ki, onun barəsində 3 il 9 ay müddətinə həbs cəzası verilib. Qeyd edək ki, məsciddə Atatür
26 aprelRusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb
24 aprelToydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ
Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni
24 aprelEv sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı
Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy
24 aprelPaşinyanın xanımı tədbirdə təhqir olundu - Video
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi
24 aprelMüəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO
Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira
24 aprel