Hacının hədiyyələri: Mananaya "Mersedes", Mətanətə...

Hacının hədiyyələri: Mananaya "Mersedes", Mətanətə...Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədovun həbsxanada intihar etməsi xəbəri ölkə gündəmini bir anda zəbt etdi. Məlum olduğu kimi, 12 il həbsdə olan H.Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Onu da xatırladaq ki, 2005-ci ildə H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzası çıxarılıb.

Artıq çoxlarına məlumdur ki, Hacı Məmmədov zamanında bir çox məşhur şou-biznes nümayəndələri ilə yaxşı münasibətlərdə olub, müğənnilər və yaxın dostları üçün tez-tez özünə məxsus olan "Qarabulaq" restoranında qonaqlıqlar verib.

Onun ən sevimli dostlarından biri müğənni Eyyub Yaqubov olub. Mətbuatda yayılan məlumatlara görə, müğənninin məşhur "Kim bilir?" mahnısına çəkilmiş klipdəki kişi obrazı məhz ona həsr olunub. Bəzi şayiələrə görə isə Hacı Məmmədov bu mahnıya görə müğənniyə avtomobil bağışlayıb. Lakin Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Eyyub Yaqubov keçmiş dostu haqqında açıqlama verməkdən imtina etmişdi.

Hacı Məmmədovun dostu olmuş müğənnilərdən biri də Manana Çaparidzedir. İllər öncə müğənninin Hacı Məmmədovla "Qarabulaq" istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. Hətta bəzi iddialara görə, H.Məmmədov M.Caparidzeyə "Mersedes" markalı avtomobil də hədiyyə edib.

Bununla belə, müğənni Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: "Mən bir il "Qarabulaq" istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər".
Hacı Məmmədovun dostluq etdiyi məşhur müğənnilərdən biri də mərhum İlhamə Quliyeva olub. Müğənni onunla olan dostluq əlaqələrinə belə izah vermişdi: "Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulaq"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulaq"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim".

Hacı Məmmədovla dostluq edən müğənnilərin siyahısında Brilliant Dadaşova və Mətanət İskəndərlinin də adları var.

Bəs bu gün həmin məşhurlardan kimlər Hacı Məmmədovu xatırladı?

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədovun həbsxanada intihar etməsi barədə məlumatın yayılmasına baxmayaraq, adıçəkilən tanınmışlardan hələlik heç kim sosial şəbəkələrdə və yaxud mətbuatda öz keçmiş dostunu anmayıb, olaya öz münasibətini bildirməyib. /Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 8635   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada erməniəsilli serial ulduzu axtarışa verildi

Rusiyada yayımlanan "Əsgərlər" serialının ulduzu İqor Qasparyan məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Aktyor 70 min rubla yaxın borc alıb və bir neçə ildir ki, ödəmir. Hazırda onun barəsində 53 icra işi açılıb ki, onların da əksəriyyəti yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.

7 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

13 aprel
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel