Tarixi şəxsiyyətləri tənqid edə bilərik?

Tarixi şəxsiyyətləri tənqid edə bilərik?Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son vaxtlar tez-tez gündəmə gələn məsələlərdən biri də tarixi şəxsiyyətlərin tənqid olunması ilə bağlıdır. Kimsə bununla bağlı fikir bildirəndə, sosial şəbəkədə tənqidi xarakterli paylaşım edəndə, böyük müzakirə mövzusu olur. Reaksiyalara ümumi nəzər salanda, görürük ki, fikirlər haçalanır. Bir qisim düşünür ki, tarixdə adını qoyub gedən şəxsiyyətlərin tənqid olunması müzakirəyə qapalı məsələdir. Yəni, bu cür insanları tənqid etməyə ixtiyarımız çatmır. Bəziləri isə bunu normal hal kimi qarşılayır.

Bəs gənclərimiz bu mövzuda necə düşünür? Tarixi şəxsiyyətləri tənqid edə bilərik?

"Tarixi şəxsiyyətləri tənqid etməyə haqqımız yoxdur"

Turqut Verdiyev, tələbə

Turqut deyir ki, görkəmli şəxsiyyətləri tənqid edə bilmərik: "Fikrimcə, tarixi şəxsiyyətləri tənqid etməyə bizim haqqımız yoxdur. Hətta etsək belə, bunun bizim üçün heç bir mənası və faydası yoxdur. Tarixi şəxsiyyət dedikdə, tarixdə öz izini qoyub getməyi bacaran adamlar nəzərdə tutulur. Tarixdə qalmaq, özündən bir neçə nəsil sonra da anılmaq hər adamın görə biləcəyi bir iş deyil. Bu hər adama da qismət olmur. Əgər, o özündən illər, əsrlər sonra da insanlar tərəfindən sevilirsə, sənin o şəxsi tənqid etməyə haqqın yoxdur. Həmin adamlar haqqında yersiz tənqid və təhqir etməklə sən heç nə qazanmırsan. Əksinə, daha da çox itirirsən. Ona görə də tənqid etməzdən əvvəl kimi və hansı formada tənqid etdiyimizi bilməliyik".

Müsahibim qeyd edir ki, ümumiyyətlə, biz tənqid etməyi bacarmırıq: "Bir çox hallarda tənqid edənlər öz fikirlərini ifadə etməzdən əvvəl götür-qoy etmirlər. Mənə elə gəlir ki, kiminsə kimisə sərt formada tənqid etməyə ixtiyarı yoxdur. Çox zaman insanların kiçik bir səhvini tutaraq bununla özlərini sübut etməyə çalışırlar ki, yəni, mən nə isə səhv tapdım. Amma hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, səhvsiz insan yoxdur. Bu gün kimdəsə bəyənmədiyin bir şeyi sabah sən özün bilərəkdən və ya bilməyərəkdən edə bilərsən. Yaxşı olar ki, onun səhvindən özün üçün dərs çıxarmağı bacarasan".

"Tənqid problemə işıq salır"

Arzu Məhərrəmova, müəllimə

Arzu deyir ki, tənqidə normal yanaşır. Burada qeyri-adi heç nə yoxdur: "Məncə, kiminsə digərini tənqid etmək haqqını məhdudlaşdıran bir qanun və ya çərçivə yoxdur. İnsanların bəyənmək, dəstəkləmək haqqı olduğu kimi, tənqid etmək ixtiyarı da var. Əgər hər kəsin fəaliyyətini, yaradıcılığını olduğu kimi qəbul edib tənqidi yanaşmasaq, onda mükəmməlin nə olduğunu bilmərik, yaxşını pisdən ayırmaq çətin olar. Tənqid olmayan cəmiyyətdə boşluq özünü dərhal büruzə verər. Çünki tənqid problemin olduğunu göstərir, sanki problemə işıq salır. Biz isə həmin problemin kökündə nəyin dayandığını axtarıb tapmağa çalışırıq. Kimisə yaradıcılığına, elmi fəaliyyətinə görə yarğılamaq, həmin şəxs niyə onu elə yazıb, bunu belə edib deyə yanaşmaq olmaz. Çünki bu onun yoludur, düşüncə tərzidir və düşündüklərini qələmə alıb, bununla cəmiyyətə nə isə ötürməyə çalışıb. Lakin sən onun yaradıcılığında çatışmazlıq, qüsur görürsənsə, tənqid etmək haqqındır. Qərəzli yanaşaraq etmək olmaz".

Arzu qeyd etdi ki, tənqid zamanı bir şeydə diqqətli olmaq lazımdır: "Tənqid hədəfinin insan, onun şəxsiyyəti yox, etdiyi hər hansı bir əməl olduğunu unutmamalıyıq. İnsanlar bəzən tənqidlə təhqirin arasındakı incə sərhədləri keçir, şəxsləri aşağılamaqdan çəkinmirlər. Bu özü isə obyektiv ola biləcək tənqidin gücünü kiçildir. Ona görə də düşünürəm ki, insanlar tənqid etmək imkanından düzgün istifadə etməli, obyektiv, insanların hisslərinə toxunmadan, düzgün nəticələrə yol açan tənqid metodlarından istifadə etməlidir".

"Kimisə tənqid etmək üçün gərək özün də nə isə edəsən"

Fərqanə Babazadə, tələbə

Fərqanə də Turqutla həmfikirdir. O da fikirləşir ki, şəxsiyyətləri hər hansı bir formada tənqid və ya təhqir edə bilmərik: "Azərbaycan xalqının tarixində görkəmli tarixi şəxsiyyətlər çoxdur. Onlar öz əməlləri, gördükləri işlərlə tariximizin səhifələrinə adını yazdırıblar. Onların keçdiyi həyat yolu bizim üçün bir örnək, nümunə olmalıdır. Biz onların adına layiq ola biləcək işlər görməyə çalışmalıyıq. Tənqid etməklə biz heç nə qazana bilmərik. İlk növbədə tənqid etmək üçün gərək özün də nə isə edəsən. Özünlə hesablaşmalısan ki, mənim bu şəxsi tənqid etməyə mənəvi ixtiyarım varmı? Çünki sən rəfiqəni, yaxud dostunu tənqid etmirsən, hansısa tarixi şəxsiyyətin gördüyü işlərə ləkə yağdırırsan. Bu nə dərəcədə düzgün ola bilər ki?"

Həmsöhbətim deyir ki, şəxsiyyətləri tənqid edənlər özləri həyatda uğur qazana bilməyənlərdir: "Tənqid etmək normal bir şeydir. Çünki tənqid insanı daima irəli getməyə kökləyir. Pislərdən nəticə çıxarmaq üçün tənqid çox vacibdir. Amma burada söhbət sənin valideynlərinin, müəllimlərinin, işdə rəhbərlərinin etdiyi tənqiddən gedir. Hanısısa tarixi şəxsiyyətə qara yaxmaqla, onu təhqir etməklə sən heç bir uğur əldə edə bilməzsən. Onsuz da o etdiyini edib, öz adını yaddaşlara həkk etdirə bilib. Mənə elə gəlir ki, bu tənqidləri edən şəxslər bunu sırf hansısa məqsədlə edirlər. Bir çoxları hətta gündəmə gəlmək, özlərini davamlı gündəmdə saxlamaq üçün bu yola əl atır. Amma zaman kimin kim olduğunu onsuz da göstərir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1164   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021