Çoxmənzilli binaların kommunal PROBLEMİ - Vətəndaş niyə qışda işıq-qaz çətinliyi yaşasın?

Çoxmənzilli binaların kommunal PROBLEMİ - Vətəndaş niyə qışda işıq-qaz çətinliyi yaşasın?Mənzil Tikinti Kooperativlərinin (MTK) vətəndaşları müxtəlif vasitələrlə dolandırdıqları hər kəsə məlumdur. Son vaxtlar artan şikayətlər yeni tikililərdəki kommunal xidmətlərdən istifadə ilə bağlıdır. Belə ki, vətəndaş ödənişini edib, ədəb-ərkanla evində yaşamaq istəsə də, normal şəkildə qaz, işıq və su ala bilmir. Bir halda ki mənzilin qaz, işıq və su təminatı sayğacladır, vətəndaş yalnız ödədiyi məbləğdə kommunal xidmətdən istifadə edə bilər, yersiz süründürməçilik nəyə lazımdır? Vətəndaş hansı səbəbdən qışın soyuğunda qaz, işıq problemi yaşamalıdır?

Hazırda qüvvədə olan Mənzil Məcəlləsinə görə, MTK çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

Bütün sahələri dövlətin və ya bələdiyyənin mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətində belə bina olan müvafiq bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil edilmiş açıq müsabiqənin nəticələrinə əsasən seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir.

Mülki Məcəlləyə görə, soyuq və isti su, kanalizasiya, elektrik, qaz təminatı (o cümlədən, balonlarda məişət qazının təmin edilməsi), istilik təchizatı (o cümlədən, soba qalandıqda bərk yanacaqla təminat) haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlayır.

Modern.az çoxmənzilli binaların sakinlərinə göstərilən kommunal xidmətlə bağlı dövlət qurumlarının mövqeyini öyrənib.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirib ki, hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında, xüsusi lisenziyası olan tikinti təşkilatları tərəfindən həyata keçirilir:

"Tikinti təşkilatları tərəfindən qaz təchizatında təhlükəsizlik, qazdan istifadə, eləcə də qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun tikinti-quraşdırma işləri aparılır və texniki icra sənədləri tərtib edilir. MTK-nın rəhbərliyi tərəfindən qəbul komissiyasının aktları, qaz təchizatı ilə bağlı texniki icra və digər zəruri sənədlər tam şəkildə "Azəriqaz" İstehsalat Birliyinə təqdim olunduqda, müvafiq qaydalara uyğun olaraq, qazın alqı-satqı müqaviləsi bağlanır və bundan sonra mənzillərə təbii qazın açılması təmin edilir".

İ.Kərbalayev bildirib ki, ötən il ərzində 483 çoxmərtəbəli binaya təbii qazın açılması təmin edilib:

"Bu da öz növbəsində 21445 mənzili əhatə edib. "Azəriqaz" İstehsalat Birliyi təbii qazın satışı ilə məşğul olan qurum olaraq, zəruri sənədlərini təqdim etmiş istənilən çoxmərtəbəli binaya ən qısa zamanda təbii qazın verilməsinə hazırdır".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Modern.az-a deyib ki, bütün məsələlər MTK-lar tərəfindən icra olunmalıdır:

"MTK-lar əhali və qeyri-əhali üzrə ümumi sayğac sifariş verməlidir. Daxil olan sifariş əsasında da bizim əməkdaşlarımız sayğac quraşdırırlar. Burada hər hansı bir problem yoxdur. Həmçinin, əgər vətəndaş, həyət evi, qaraj tikirsə, onların enerji təchizatının təminatı üçün "ASAN kommunal"a müraciət edilməlidir. Ümilikdə, binanın bütün daxili işləri MTK-lara aiddir".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının da fikirləri həmkarları ilə üst-üstə düşüb:

"Azərbaycanda mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi binalarda su sayğaclarının quraşdırılmasını "Azərsu" ASC həyata keçirmir. Sayğaclar binalarda MTK-ların özləri tərəfindən quraşdırılır və sayğacın dəyərinin ödənilməsi məsələləri də MTK ilə sakinlər, yənu payçılar arasında qarşılıqlı razılıq əsasında həll edilir. Təzə tikilən binalarda sayğacların quraşdırılması MTK ilə oradan mənzil alan sakinlərin öz aralarında həll olunur. Biz MTK-lara texniki şərt verəndə orada göstərilir ki, bina o zaman təhvil alınır ki, orada su anbarı tikilsin, su və kanalizasiya xətləri çəkilsin və su sayğacları quraşdırılsın. Yəni həmin binalarda su sayğaclarının quraşdırılması da MTK-ların üzərinə düşür. Sayğacların pulunun MTK tərəfindən verilməsi, onun dəyərinin mənzilin kvadratmetrinin qiymətinə əlavə olunması və ya əlavə olaraq sakinlərdən yığılması məsələsini MTK ilə oradakı payçılar öz aralarında həll edirlər. Elə MTK-lar var ki, sayğacın pulunu mənzilin qiyməti ilə birgə hesablayır, eləsi də var ki, sayğacın pulunu əlavə alır. Yəni bunun bizə heç bir aidiyyəti yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Biz texniki şərtə uyğun olaraq MTK-ya magistral xətdən çıxış veririk və digər məsələləri onlar özləri həll edirlər".

Qurum rəsmisi qeyd edib ki, digər məsələlər dedikdə, MTK-nın abonentləri neçə saat su ilə təmin etməsi, su anbarını necə mühafizə etməsi və qoruması nəzərdə tutulur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Biləsuvarda qadın yaylığı ilə özünü asdı

Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır

20 aprel
.

Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç

Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəh

20 aprel
.

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq. "Report" xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında

20 aprel
.

Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarılıb. -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti qərar verib. Qərarda deyilir:. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbayca

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Hüquqi şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməyəcək. Bu, Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təkli

20 aprel