3 övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib — FOTO
Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.
Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, "məni axtarmayın!".
V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmmədovla qaçıb. Birgə yaşadıqları dövrdə aralarında hər hansı bir anlaşılmazlıq olmayıb. Polis E.Məmmədovun müraciəti əsasında onun yaşadığı ünvanda müvafiq yoxlamalar aparıb və heç bir cinayət xarakterli iz aşkar etməyib.
V.Cəfərovanın Aşağı Nüvədi qəsəbəsində yaşayan ailə üzvləri də qızlarının yerindən xəbərsiz olduqlarını, lakin qadının bir neçə gün öncə öz qızına naməlum nömrədən zəng vuraraq geri qayıtmayacağını bildirdiyini söyləyiblər.
V.Cəfərovanın evdən çıxaraq itkin düşməsi barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyu 175 sm-dir, gözlərinin rəngi qəhvəyidir, o, orta bədən ölçülüdür. Fotodakı bu qadınla bağlı məlumatı olanlardan DİN-in "102" xidmətinə və 051-458 -21-08 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3528 Tarix: 22 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞəmkirdə mağaza yanıb - VİDEO
Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya
23 aprelPolisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb
23 aprelAzərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında
23 aprelBu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin
23 aprelMədəsində yenidən şiş aşkarlanıb
Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v
23 aprelAzərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada
23 aprel