Azərbaycanlı hakim bir oyunda üç qırmızı vərəqə göstərdi

Azərbaycanlı hakim bir oyunda üç qırmızı vərəqə göstərdiTürkiyənin Antalya bölgəsində azərbaycanlı hakimlərin idarə etdikləri "Olimpik" (Donetsk, Ukrayna) – "Korona" (Keltse, Polşa) oyununda insident baş verib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu oyunu Nail Nağıyevin rəhbərlik etdiyi, Yaşar Abbasovla Elşad Abdullayevin olduğu hakimlər briqadası idarə edib.

Polşalı futbolçuların kobud oyunu, xüsusən Vadim Sçastlivtsevə qarşı hərəkət 45+1-ci dəqiqədə kütləvi davaya səbəb olub. Nəticədə matçın referisi Nail Nağıyev polşalıların yarımmüdafiəçisi Martsin Tsebula və çexiyalı kapitanı Radek Deymekə qırmızı vərəqə göstərib, ukraynalılardan isə qapıçı Artyom Kiçakla müdafiəçi Anton Kravçenko "sarı" ilə xəbərdarlıq alıb. Lakin baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşdikdən sonra Deymekin "qırmızı"sını sarı vərəqə ilə əvəzləyib.

Fasilədə hər iki komandanın baş məşqçiləri azərbaycanlı hakimlərdən görüşə 11 nəfərlə davam etməyi xahiş ediblər. Onların istəyi təmin olunub. Belə olan halda Tsebulanın əvəzinə meydana başqa bir futbolçu çıxıb.

İlk hissənin əvvəlində isə "Olimpik"in gürcü əsilli futbolçusu Zurab Oçiqava rəqib oyunçu Oliver Petraka qarşı kobud oyuna görə qovulub. Lakin yenə meydanda balans pozulmayıb. Sadəcə, onun əvəzinə meydana komanda yoldaşı çıxıb. İkinci hissənin sonrakı bölümlərində də zaman-zaman ehtiraslar coşub. Lakin referi daha heç kimi meydandan qovmayıb. Görüş isə tərəflərin səylərinə rəğmən, qolsuz yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin yanvarın 20-dən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışı fevralın 3-dək davam edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 794   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

"Qarabağ"dan daha bir UĞUR

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası futbol klublarının dünya reytinqi açıqlanıb. xəbər verir ki, Azərbaycan cədvəldə 3 komanda ilə təmsil olunub. 13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir pillə irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 pill

9 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

7 aprel