Kraliçanın nəvəsi nişanlandı - VİDEO - FOTO

Kraliçanın nəvəsi nişanlandı - VİDEO - FOTOBritaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, 27 yaşlı şahzadə Yevgeniya ərə gedir. O, nişanlısı Cek Bruksbenklə ailə quracaq.

Şahzadə Yevgeniya kraliçanın oğlu, York hersoqu şahzadə Endryunun və onun xanımı, York hersoginyası Sara Ferqüssonun kiçik qızıdır.

Şahzadə Yevgeniya Britaniya taxtının varisləri siyahısında 8-ci yeri tutur.

Bukinhem sarayından verilən məlumata görə, şahzadə Yevgeniya və Cek Bruksbenk bu ayın əvvəllərində Nikaraquada nişanlanıblar.

Nikah mərasimi payızda, Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində olacaq.

May ayında isə Müqəddəs Georgi kilsəsində şahzadə Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçiriləcək.

Şahzadə Yevgeniya və Londonda zənginlər arasında populyar olan "Mahiki" gecə klubunun sabiq direktoru Cek Bruksbenk 2010-cu ildə İsveçrədəki Verbye dağ-xizəkçilik kurortunda tanış olublar.

27 yaşlı şahzadə Yevgeniya Nyukasl Universitetinin ingilis dili, ədəbiyyatı və incəsənət tarixi fakültəsini bitirib. Hazırda Londondakı "Hauser & Wirth" müasir sənət qalereyasına rəhbərlik edir.

Eyni zamanda şahzadə Yevgeniya bir neçə xeyriyyə təşkilatının, o cümlədən Yeniyetmələr arasında Xərçəng Xəstəliyi ilə Mübarizə Fondunun (Teenage Cancer Trust), Avropa Osteopatiya Məktəbinin və Fillərin Müdafiəsi Cəmiyyətinin (Elephant Family) rəhbəridir.

Toydan sonra şahzadə Yevgeniya titulunu qoruyacaq, amma ərinin soyadını götürmək imkanı olacaq./milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1177   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gəlin toyda elə geyindi ki... HAMI ŞOK OLDU - VİDEO

Türkiyədə baş tutan toyların birində gəlinin geyimi xeyli müzakirələrə səbəb olub. Gəlin dərin sinə dekolteli libas geyinib. Əlində dəsmalla yallı gedən gəlinin açıq-saçıq paltarı kranla çəkiliş zamanı daha da ortaya çıxıb. Həmin görüntüləri təqdim edirik. ( )

13 aprel
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

7 aprel
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. Sonxeber -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

7 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel
.

Avstriya TƏHLÜKƏDƏ: Növbəti 45 il ərzində...

Avstriyadakı Alp buzlaqları 45 ildən sonra tamamilə əriyə bilər. Bu barədə Avstriyanın Alp Klubunun ekspertləri bildiriblər. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Avstriyanın 93 buzlağı orta hesabla 24 metr kiçilib. Eyni zamanda, Pasterze buzlağı 203,5 metr, Rettenbachfernenr isə 127 met

6 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

17 aprel
.

Azərbaycanda qəbir daşlarının "dodaq uçuqladan" qiymətləri - VİDEO

300, 500, 700 manat. xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir. Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır". Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktor

14 aprel
.

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Roma imperatoru Neron Qay Yuli Sezarın nəslindən olan və Romanı idarə edən sonuncu hökmdar sayılır. 13 il 8 ay hakimiyyətdə olan Neron öz qəddarlığı, kütləvi edamları və ailə üzvlərini öldürmək barədə göstəriş verməsi ilə yadda qalıb. Bundan başqa, onun incəsənətə böyük marağı olub. Neron teatr səhnəsind

6 aprel