Azərbaycanda iki nəfəri öldürən, iki nəfəri yaralayanın kimliyi məlum oldu - Rəsmi
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalarla F.Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirməsi müəyyən edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə: report.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 2289 Tarix: 23 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB
TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis
14 aprelDaha bir məhkum Bakı həbsxanasında öldü
Bakıda daha bir məhkum həbsxanada ölüb. xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir
11 aprelSumqayıtda tanınmış iş adamı vəfat etdi
Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, iş adamı insultdan vəfat edib. Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub
11 aprelBabası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi
Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən
14 aprelBakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas
14 aprelXankəndi şəhərində silah-sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən
13 aprelKürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl
13 aprelOğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti
14 aprel