Düşmən ordusunda gözlənilməz itki: 531 əsgər öldü – İrəvanda üsyan çağırışı

Düşmən ordusunda gözlənilməz itki: 531 əsgər öldü – İrəvanda üsyan çağırışıErmənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki qeydə alınıb.

Bu barədə Ermənistanın "Sülh dialoqu" ictimai təşkilatının hazırladığı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, 7 il ərzində itkilərin 235-i döyüş şəraitində baş verib. 296 ölüm halı isə ordu daxili amillərlə bağlıdır. Bura qətllər, intiharlar, ehtiyatsız hərəkətlərə görə baş verən bədbəxt hadisələr, yararsız olanların orduya çağırılması kimi hallar daxildir. Statistikaya görə, qeyri-döyüş şəraitində qeydə alınan ölümlərin 56-sı qətl, 69-u intihar, 90-ı bədbəxt hadisə, 39-u sağlamlıq, 16-ı təhlükəsizlik qaydalarının pozulması, 9-u isə yuxarıların səhlənkarlığı ucbatından baş verib.

Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.

Erməni siyasi şərhçi Tevos Arşakyan qeyd edir ki, ordu daxilində baş verənlər daha çox ölümə səbəb olur, nəinki rəqibin gülləsi.

"Erməni anaya necə demək olar ki, sənin oğlun döyüşdə yox, komandir tərəfindən qətlə yetirilir, yaxud təhqirlərə dözməyərək, intihar edib?! Məhz bu hadisələrə görə erməni valideynlər övladlarının Qarabağa getməməsi üçün bütün vasitələrə əl atırlar. Ermənistan ordusuna rəhbərlik edənlər təkcə bacarıqsız deyil, həm də tamahkardırlar. Onlar üçün dövlətin ən əhəmiyyətli sosial institutu qazanc mənbəyinə çevrilib. Bu gün Seyran Ohanyanın, Manvel Qriqoryanın, Yuri Xaçaturovun, Seyran Saroyanın, Aykaz Baqmanyanın və digərlərinin Ermənistanın ən varlı adamları olması əbəs yerə deyil. Bu gün orduya paqonlu oliqarxlar nəzarət edir. Onlar ordunun əmlakını satırlar, gənc uşaqlar isə qeyri-döyüş şəraitində məhv olurlar. Seyran Ohanyanın vəzifədən gedəndə müəyyən ümidlər yaranmışdı, lakin Viqen Sarkisyan ondan daha pis oldu", - deyə o bildirib.

Erməni şərhçi əhalini etirazlar etməyə çağırıb: "Övladlarımızın məhv olmasına göz yuma bilmərik, bu statistika sistemə qarşı çıxmağa əsas yaradır".

Mənbə:publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3697   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021