Bir gündə iki jurnalist itkisi... - Əflatun Amaşov

Bir gündə iki jurnalist itkisi... - Əflatun AmaşovMətbuat Şurasının sədri Əflatun Amaşov azərbaycanlı jurnalist – Nicat Məlikov və Ülviyyə Məmmədovanın (Şamilqızı) vəfatı ilə əlaqədar başsağlığı verib.

Millət vəkili bu barədə öz "Facebook" səhifəsində məlumat yazıb.

Əflatun Amaşov bildirib ki, jurnalist itkisi həm də cəmiyyətin itkisidir:

"Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyətə qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır.

Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır. Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.

Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin. Ruhları şad, məkanları cənnət olsun!".

Qeyd edək ki, Nicat Məlikov ürəktutmasından, Ülviyyə Şamilqızı isə Rusiyanın Həştərxan şəhərində avtomobil vurması nəticəsində dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1143   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən aprelin 23-ü gecə 00:00-a qədər.. - FOTO

Bu gündən etibarən paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Buna səbəb Günəşdə ard-arda baş verən güclü partlayışlar olub. xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 06:00-09:00 aralıqlarında nisbətən zəifləyib

17 aprel
.

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TNS saytı məlumat yayıb. Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır. Qey

17 aprel
.

Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT

Lənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 1-də baş verib. Arvadının ona yemək verməməsi səbəbindən Ərəstun yumruqla onun sa

17 aprel
.

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub. report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Sami

17 aprel
.

"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT

"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro

17 aprel
.

Hadi Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosia

17 aprel
.

Daha bir sabiq deputat vəfat etdi

Keçmiş deputat, BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 86 yaşlı alim bu gün dünyasını dəyişib. Qeyd edək ki, İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. "91-lər"in tanınmış nümayəndələrindən olan İsgəndər Quliye

17 aprel
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17 aprel