"Sənət yoxdur, hamısı atlanır-düşür" - Xalq artisti - VİDEO - FOTO

"Sənət yoxdur, hamısı atlanır-düşür" - Xalq artisti - VİDEO - FOTO"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Yalçın Rzazadə maraqlı açıqlamalar verib.

Klassik mahnılara müraciət eliyən bəzi müğənniləri tənqid edən xalq artisti Yalçın Rzazadə onların həm ifada, həm də musiqi sözlərində səhvə yol verdiklərini açıqladı:

"Hər bir ifaçı öz səsinin gözəlliyində hansısa vurğunu verə bilər. Ancaq bəstəkarın notunu dəyişmək olmaz. Dəyişib özlərindən yeni tonlar əlavə edirlər. Ona görə də musiqi korlanır".

Xalq artisti müğənninin tamaşaçını inandırması üçün onun hər şeydən öncə oxuyan ürəyinin olmalı olduğunu xüsusi vurğuladı:

"Pianino ifa etməyi öyrənmək olar. Pianist olmazsan, ancaq müəyyən dərəcədə ifa edə bilərsən. Rəsm çəkməyi də öyrədə bilərlər. Ancaq səs olmasa, mahnı ifa etmək mümkün deyil. Mən həmişə deyirəm ki, birinci ürək oxumalıdır, sonra səs. Ürək oxumasa, səs oxusa da, effektli alınmaz. Oxuyanda dinləyən tamaşaçı gərək hisslərinə inansın".

Bəzi müğənnilərin səsinə düşdü, düşmədi, ona təklif edilən mahnını oxumaq istədiyini deyən Yalçın müəllim, gənc ifaçılara düzgün repertuar seçməyi tövsiyə etdi:

"Yanıma çox insan gəlir. Hardansa bir mahnı eşidirlər. Gəlib deyirlər ki, bunu oxuyacam. Qulaq asıb deyirəm ki, bu, sənin mahnın deyil axı. Oxusan, uduzarsan. Çünki bu, sənin səsinin tembrinə uyğun deyil. Repertuarı, mahnını səsə uyğun tapıb ifa etmək də bir ustalıqdır".

O, gənc ifaçıların onun mahnılarına müraciət edərkən onların qarşısında hansı tələblər qoymasından söz açdı:

"Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar. Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar".

Son zamanlar istər yerli, istərsə də əcnəbi müğənnilərin səsləri olmadığı üçün bədənlərini önə çıxarmalarını qınayan Yalçın Rzazadə maraqlı açılama verib:

"Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, buradan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur".

Biz də sonda sənətçiyə maraqlı söhbət üçün təşəkkürümüzü bildiririk.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1192   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021