Ölkədə növbədənkənar Prezident seçkiləri elan olundu - Azərbaycan kubokunun təqvimi dəyişəcək

Ölkədə növbədənkənar Prezident seçkiləri elan olundu - Azərbaycan kubokunun təqvimi dəyişəcəkAzərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.

Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.

Bunu əməkdaşımızla söhbətində qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq.

İdman   Baxılıb: 479   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR