İsrail Azərbaycana satılan raketləri müasirləşdirir

İsrail Azərbaycana satılan raketləri müasirləşdirirİsrailin müdafiə naziri Aviqdor Liberman hərbi sənaye müəssisələrinə daha uzaq məsafədə yerləşən hədəfləri məhv etməyə qadir yeni raketlər hazırlamaq barədə tapşırıq verib.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Warspot nəşri armyrecognition.com saytına istiandən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyi 300 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadir "yer-yer" tipli raketlərin istifadəsi ilə İsrail Müdafiə Qüvvələri üçün yeni imkanlar yaratmaq istərdi. Hərbi texnika, o cümlədən EXTRA raket komplekslərinin əldə edilməsi üçün yarım milyard dollar civarında vəsait artıq ayrılıb. Layihənin ümumi dəyəri İsrail Müdafiə Qüvvələri tərəfindən sifariş ediləcək raketlərin sayından asılı olaraq 2 milyard dollar təşkil edə bilər. Bundan başqa, yeni raketlər İsrail ordusunun gəmilərində və təyyarələrində istifadə üçün uyğunlaşdırıla bilər.

Xatırladaq ki, EXTRA operativ-raket sistemi "Israel Military Industries" (IMI) və "Israel Aerospace Industries" (IAI) şirkətləri tərəfindən yaradılan artilleriya raket sistemidir. Bu sistemlər 2013-cü ildən etibarən Azərbaycan, İsrail və Vyetnam tərəfindən istifadə olunur.

EXTRA raketləri ilk dəfə ictimaiyyətə 2015-ci ildə Parisdə keçirilən aviaşoular çərçivəsində təqdim edilib. Sərt yanacaqlı raket 3,97 metr uzunluğa, 306 millimetr kalibrə, 450 kiloqram çəkiyə və 120 kiloqram döyüş çəkisinə malikdir.

Atəşin maksimal məsafəsi 150 kilometr təşkil edir. IAI tərəfindən hazırlanan tuşlama sistemi GPS üzrə peyklə, həmçinin TCS sisteminin vasitəçiliyi ilə atəş açmağa qadirdir və onun hədəfdən maksimal yayınması 10 metr təşkil edir.

Onu da xatırladaq ki, Azərbaycan müttəfiq ölkələrlə 500 kilometr məsafədəki hədəfləri vura biləcək ballistik raketlərin alınması və istehsalının qaydaya salınması üzrə aktiv danışıqlar aparır. Bu ölkələrin arasında Belarus, Ukrayna və Pakistan var. Bu baxımdan, rəsmi Bakının İsraildən yeni raket kompleksini almağa maraq göstərəcəyini istisna etmək olmaz. Xüsusən də ölkələrimiz arasındakı məhsuldar hərbi-texniki əməkdaşlığı nəzərə alsaq...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1254   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c

27 yanvar
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart