"Qəbələ"nin sabiq futbolçusu Çempionlar Liqasında çıxış edəcək

"Qəbələ"nin sabiq futbolçusu Çempionlar Liqasında çıxış edəcəkUkraynan "Şaxtyor" klubu Çempionlar Liqasında 2017-2018 mövsümünün ikinci yarısı üçün daha 3 futbolçu sifariş edib.

Sonxeber.az report-a istiadən xəbər verir ki, onların arasında "Qəbələ"nin sabiq oyunçusu Ruslan Fomin də var. 31 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Dodo və yarımmüdafiəçi Vyaçeslav Tankovskinin də adları iştirak ərizəsinə daxil edilib. Əvəzində Yunanıstan PAOK-una transfer olunmuş Marsio Azevedo sifariş ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Lakin o, 16 oyunda bir qol belə vura bilməyib. "Şaxtyor" Çempionlar Liqasının 1/8 finalında "Qarabağ"la eyni qrupda çıxış etmiş İtaliya "Roma"sı ilə qarılaşacaq. İlk matç fevralın 21-də Xarkovda, cavab görüşü isə martın 13-də Romada keçiriləcək.

İdman   Baxılıb: 296   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR