Bacısına görə insident törədən məşhurumuz: "Ən ağır cəza versələr də…" - VİDEO

Bacısına görə insident törədən məşhurumuz: "Ən ağır cəza versələr də…" - VİDEOBacım Zeynəb zəng edib, bu baş verənləri mənə danışdı, mən də dedim, heç bir dəqiqə də icazə vermərəm ki, sən elə bir şəxsin yanında işləyəsən, ərizəni yaz, işdən çıx.

Bu sözləri Teleqraf.com-a tanınmış rejissor-aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın işlədiyi məktəbdə baş vermiş insidentlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, Zeynəb xanım nə işdən çıxarılıb, nə də yeri dəyişilib:

"Məktəbdə yuxarı siniflər üzrə məktəb direktorunun müavini var, adı Aybənizdir. Onun rəfiqəsi, ədəbiyyat müəllimi Nərmin adlı xanım sinifdə milli dəyərlərimizə zidd təbliğat aparırmış ki, 20 Yanvarda azərbaycanlıları yaxşı edib qırıblar, "Sarı gəlin" erməni mahnısıdır və s. Şagirdlər bu haqda Zeynəb xanıma şikayət ediblər, Zeynəb xanım məsələni keçmiş məktəb direktoru Nərminə xanıma deyib.

Bundan sonra təbliğat aparan Nərmin müəllim işdən çıxarılıb. Təbii ki, bu hadisə onun rəfiqəsi Aybəniz xanıma da təsir edib. İndiki direktor isə vəzifəsini müvəqqəti olaraq icra edir. Direktorun adı Turaldır, 30-35 yaşı olar.

O, Zeynəb xanımı yanına çağırıb deyib ki, mənim Bakı Şəhər Təhsil İdarəsi ilə müqaviləm var, hazırlıq pullarını yığmalıyıq. Zeynəb xanım da bir dəfə bu pulları yığıb və sonra müqaviləni tələb edib ki, müqavilənin üzünü mənə verin, mən həm müəllimlərə, həm də valideyinlərə müqaviləni göstərməliyəm. O da deyib ki, mən nə deyirəmsə, sən onu da et, müqavilə yoxdur. Zeynəb xanım da cavab verib ki, bu qanunsuzdur, mən belə şey edə bilmərəm, başqa adama tapşırın, o etsin.

Direktor da özü ilə təsərrüfat işləri üzrə yeni müəllimə gətiribmiş, həmin adama tapşırıb və onun əli ilə pul yığıb. Mən bu haqda müraciətimdə də qeyd etmişəm, hətta müəllimlərin imzası və nə qədər pul yığdıqları da müraciətdə qeyd olunub".

Rza Rzayev deyib ki, noyabr ayında məktəbə hansısa firmaları təbliğ edən adamlar gəliblər:

"Bu firmaların məktəbdəki fəaliyyətinə birbaşa direktor özü icazə verib. Zeynəb xanım bu şeylərə etiraz edəndə deyib ki, Bakı Şəhər Təhsil İdarəsi tapşırıb, belə də olmalıdır. Ancaq burda bir məqam var, Tural bütün müəllimləri bir yerə yığıb imza alıb ki, guya bütün bu baş verənləri Zeynəb müəllim təşkil edir. Bu barədə məktəb müəllimlərinin Votsap danışıqları var.

Deməli, bunlar, yəni yeni direktor Tural müəllim və Aybəniz müəllim Zeynəb xanımdan qisas almaq üçün bu addımları atıblar. Bunlar azmış kimi, direktor Zeynəb müəllimi yanına çağırıb ki, dediklərimi etmədiyinə görə səni ya işdən çıxaracam, ya da yerini dəyişəcəm. Zeynəb xanım da buna etiraz etməyib, deyib ki, heç bir problem yoxdur".

Yeni direktor bunlarla da kifayətlənməyib, müəllimləri bir-bir otağına çağırıb, onlarla üz-üzə oturandan sonra əvvəlcə adlarını, sonra adlarının mənasını soruşub:

"Bu hadisədən gənc müəllimlər şoka düşüblər, cavab vermək istəməyiblər. Direktor isə gedib kompüterdə adların mənasına baxıb, gəlib onlara adlarının mənasını deyib. Bir müəlliməyə də deyib ki, bir gün hardasa oturub çay içərik. Müəllimələr də bu barədə yenə də Zeynəb xanıma şikayət ediblər. Deyiblər ki, biz daha onun otağına tək getmək istəmirik.

Zeynəb xanım da məsləhət vermək üçün onun yanına gedib deyib ki, siz cavansız, yeni gəlmisiz, cavan müəllimələrlə bu cür danışmaq olmaz. Biri başqa cür başa düşər, yaxşı olmaz.

Bacım Zeynəb zəng edib, bütün bu baş verənləri mənə danışdı, mən də dedim ki, bir dəqiqə də icazə vermərəm ki, sən elə bir şəxsin yanında işləyəsən, ərizəni yaz və işdən çıx.
Sonra direktorun yanına gəldim, soruşdum ki, bu nə söhbətdir? Kiminsə adının mənasını bilmək istəyirsənsə, iclas keçir, hamını bir yerə yığ və kişi müəllimlərindən soruş, sən niyə xanım müəllimlərlə bu cür rəftar edirsən? Məqsədin nədir? O da təbii, özünə haqq qazandırdı ki, mən filoloqam. Bu vaxt mən əsəbiləşdim və aramızda insident baş verdi.

Efirə gedən kadrlarda alt yazılarının çoxu səhvdir. Elə şeylər olmayıb. Məsələn, bacım Zeynəbdən adının mənasını soruşmayıb, heç belə şey edə də bilməz. Mən başqa müəllimlərin şərəf və ləyaqətini qorumaq üçün ora getmişəm. Və deməmişəm ki, bacımın yerini dəyişməyin, əksinə, demişəm ki, bir dəfəlik işdən azad edin, sizin kimi adamla işləməsin".

Rejissor bildirib ki, o, bütün Azərbaycan qadınlarının şərəfini, namusunu, hüquqların hər yerdə qorumağa hazırdır:

"Buna görə ən ağır cəza versələr də, peşman olmaram. İlk dəfə deyil ki… Dayanacaqda avtobus gözləyən xanımlara maşın saxlayan neçə nəfərin dərsini vermişəm. Əsas odur ki, başı dik gəzirəm. O direktor kimdir axı, müəllimləri kabinetinə çağırıb adlarının mənasını soruşur?

Aramızda baş verən insidentə görə də qanunlarımız nə tələb edirsə, cəzamı çəkməyə hazıram".

Qeyd edək ki, fevral ayının 5-də Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-lisey təhsil ocağında insident baş verib. Yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı, tanınmış rejissor və aktyor Rza Rzayev direktorun otağına daxil olaraq, məktəb direktorunu təhqir və təhdid edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4394   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "Qafqazinfo" xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qey

7 mart
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel