"Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam"

"Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Səbail YPX əməkdaşı, baş leytenant Yasin Abbaslı deyib ki, YP 251 nömrəli avtomobildə xidmət edib: "Biz ora çatanda YP 250 saylı avtomobil orda idi. Yolu tənzimləyirdim, gördüm yolun əks tərəfində bir oğlan ağlayır, başına da mülki şəxslər toplaşmışdı. Bu oğlana yaxınlaşıb dedim ki, təhlükəsizliyinə görə polis işçilərinin yanında dayansın. Mən onu YP 254 saylı maşının yanına ötürdüm. Bu oğlanın maşını nömrəsiz idi, nömrəsi açılmışdı. Qəzanı törətdiyini özü dedi. Həmin vaxt təcili yardım maşını gəldi, mən onlara şərait yaratmaqla məşğul olurdum. Rəhimin hadisə yerindən getməsindən xəbərim olmayıb. Müstəntiq gələndən sonra bildik ki, Rəhim artıq hadisə yerində yoxdur. Müstəntiq nömrəni maşından tapdı. Bu hadisəyə görə bizim barəmizdə xidməti yoxlama aparıldı və cəzalandırıldıq".

Ailənin sürücüsü Əmrulla Şahbazov deyib ki, Rəhim ad gününə getmək üçün ondan maşını istəyib: "Mən dedim atan bilmir axı, dedi eybi yox. Sonra zəng edib dedi ki, adam vurmuşam. Mən hadisə yerinə çatanda dağılışmışdılar. İdarəyə gedib müstəntiqi tapdım. Ona dedim ki, maşını atasından icazəsiz vermişəm, hadisəni öz üzərimə götürmək istəyirəm. Qorxumdan belə dedim, o da bir sənəd yazdı. Nə yazdığını bilmədim, oxumadan qol çəkdim. Mən oxuya bilmirəm. Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam. Sonradan Rəhimin atası dedi ki, hadisə necə olubsa elə də danış".

Məhkəmənin təşəbbüsü ilə işi aparan müstəntiq Vüqar Abbasovun və yol polisi zabiti Asif Kərimovun prosesə dəvət olunaraq dindirilməsinə qərar verib.

Proses fevralın 13-də davam etdiriləcək.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib.

İttihama görə, R.Rəhimov "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.

R. Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir.

O, noyabrın 29-da saxlanılaraq ifadəsi alınıb və sərbəst buraxılıb, Dekabrın 4-də isə şübhəli şəxs qismində tutularaq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən maşını sürücülük vəsiqəsi olmayan şəxsə verdiyi üçün inzibati qaydada məsuliyyətə cəlb olunub.

Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə "Yeganə" şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
"Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2440   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart