Dani Alveş qapıçılıq edib - VİDEO

Dani Alveş qapıçılıq edib - VİDEOPSJ futbol üzrə Fransa Kubokunun 1/8 final matçında "Soşo" üzərində böyükhesablı qələbə qazanıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, Monbelyar kommunasının "Oqüst Bonal" stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 90-cı dəqiqəsində PSJ-nin qapıçısı Kevin Trapp qırmızı vərəqə alıb. Parislilər oyun boyu hər üç dəyişiklikdən istifadə etdikləri üçün qapını qorumaq meydanda olan Dani Alveşə həvalə olunub və matç elə 4:1 hesabı ilə də yekunlaşıb.

PSJ-nin heyətində Di Mariya het-trik edib. Neymarın adı isə ötən gün özünə təntənəli ad günü etdiyinə görə komandanın iştirak ərizəsinə daxil edilməyib.

İdman   Baxılıb: 461   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR