Millimiz Avropa çempionatına medalla başlayıb

Millimiz Avropa çempionatına medalla başlayıbTürkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib.

Azərbaycan Taekvondo Federasiyasından Sonxeber.az-a saytına verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb.

Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.

Qeyd edək ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət yığmamız 17 idmançı ilə təmsil olunur. Həmçinin respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq.

İdman   Baxılıb: 305   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR