Qışda kökəlməyinizin 5 səbəbi

Qışda kökəlməyinizin 5 səbəbiSoyuq havalarda çöldə keçirdiyimiz zamanın çox azalması nəticəsində daha az hərəkət etməyimiz, idman etməyə ara verməyimiz və televiziya qarşısında daha çox zaman keçirməyimiz kökəlməyə əsas səbəblərdən birini meydana gətirir.

Çoxlu şokolad və makaronun yeyilməsi
Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, qış dövründə soyuq hava səbəbilə bədən istiliyinin təmin edilmə müddəti tez-tez aclıq hissi keçirməyə səbəb olur. Bununla yanaşı gün işığından daha az faydalandığımız üçün daha depressiv oluruq. Bu ruh halı bizi xüsusilə şokolad, şirin və makaron kimi karbohidrat tərkibli qidaları istehlak etməyə səbəb olur. Çox miqdarda şirin və karbohidratlı qidalara yönəlmək, davamlı bir şeylər yemək də çox kalori qəbuluna gətirib çıxarır.

Az miqdarda suyun içilməsi
Qış mövsümündə kökəlməyimizin bir başqa əhəmiyyətli səbəbi kifayət qədər su içməməyimiz ola bilər. İnsan bədəninin yarısından çoxu sudur, bu səbəbdən suyun hava qədər həyati dəyəri var. Sağlamlıq üçün ən çox ehtiyac duyulan qida elementi olan su, eyni zamanda maddələr mübadiləsinin nizamlı işinə, bədənin fiziki və kimyəvi fəaliyyətlərini düz yerinə yetirməsinə, beyin funksiyalarının problemsiz işləməsi sayəsində depressiya və yorğunluğun önlənməsinə və bədəndə yaranan toksinlərin atılmasına qatqı təmin edir. Bu təsirləri sayəsində də çəki idarəsi və arıqlamağa fayda verir. Bədənin maye ehtiyacı isə ortalama 3 litr qədər olur. Lakin bunun ən az 1,5 litri su olmalıdır. Unutmayın ki, içilən digər mayelər suyun yerini tutmur.

Yuxu nizamsızlığı
Qaranlıq uzun gecələr yuxu nizamsızlığına, daha az yatmağa və ya tez-tez oyanmağa səbəb ola bilir. Bu vəziyyət də gecə qidalanmağa yol açır. Bu səbəbdən yuxu saatlarını yaxşı planlamaq çəki idarəsində əhəmiyyətli bir rol oynayır.

D vitamini çatışmazlığı
Qış aylarında günəş işığından çox az yararlandığımız üçün D vitaminindən zəngin ton balığı, somon, yumurta, pendir, kərə yağı kimi qidaları süfrənizdən əskik etməyin. D vitamini bədənin kalsium və fosfor tarazlığını qoruyur, bu səbəbdən sümük bərpasını təmin edir, immun sisteminin yaxşı işləməsində əhəmiyyətli bir rol oynayır. Bundan əlavə, edilən işlərdə bədənində qeyri-kafi D vitamini olan kəslərdə çəki qəbulunun daha çox olduğu müəyyən edilmişdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 684   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021