"Zirə" yeni hücumçu ilə müqavilə bağladı

"Zirə" yeni hücumçu ilə müqavilə bağladı"Zirə" klubu Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Uilyamsla müqavilə bağlayıb.

Sonxeber.az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Uilyams "W Connection" klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, forvardla icarə müqaviləsini artırmaq və ya onu birdəfəlik transfer etmək hüququ "Zirə"yə məxsusdur.

Yeni transfer "Zirə"də 29 nömrəli forma ilə çıxış edəcək.

İdman   Baxılıb: 181   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş


Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR