Dünya kuboku sabah Bakıda nümayiş etdiriləcək

Dünya kuboku sabah Bakıda nümayiş etdiriləcəkFIFA dünya çempionatı kubokunun sabah Azərbaycana gətiriləcəyi və bununla əlaqədar olaraq saat 11:00-da 1998-ci ilin futbol üzrə dünya çempionu Kristyan Karanbönün mətbuat konfransı keçiriləcəyini xəbər vermişdik.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, kubokun Bakıda şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsinin vaxtı bəlli olub.

Kuboku futbol azarkeşləri "Gənclik Mall" ticarət mərkəzində, saat 13:00-dan 19:00-dək yaxından görmək imkanı əldə edəcək.

İdman   Baxılıb: 171   Tarix: 08 fevral 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR