"Xəzər adaları"nın Hacı İbrahimdən alınması XƏBƏRİ YAYILDI

"Xəzər adaları"nın Hacı İbrahimdən alınması XƏBƏRİ YAYILDIİş adamı: "Mən bu barədə danışmaq istəmirəm"

2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar.

Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Onların bir çoxunun əmlakı kredit müqabilində əllərindən alınmışdı. Məsələn, "AzMeCo" şirkətinin sahibi Nizami Piriyevdən inşa etdirdiyi metanol zavodu məhkəmə qərarı ilə alınaraq hərrac vasitəsilə SOCAR-a satıldı. Bir çox sahibkarlar özləri əmlaklarını sataraq qısa müddətə kredit borclarını bağladıqları üçün azadlığa buraxıldılar.

"Beynəlxalq Bank işi" adını alan proses çərçivəsində MCQMBİ tərəfindən saxlanılan iş adamlarından biri də "Avesta" konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi. Hacı İbrahim 2015-ci ilin mayında MCQMBİ tərəfindən saxlanılsa da, sonradan krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxmışdı. Maraqlıdır ki, iş adamı Beynəlxalq Banka olan borcunun məbləğini mümkün qədər gizli saxlamağa çalışırdı. Belə ki, ilk zamanlar o, banka cəmi 57 milyon manat, daha sonra 78 milyon manat borcunun olduğunu açıqlamışdı. 2015-ci ilin avqustunda isə mətbuata verdiyi müsahibədə Beynəlxalq Banka ümumilikdə 450 milyon manat kredit borcu olduğunu söyləmişdi. Bildirmişdi ki, Beynəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektini qiymətləndirib: "Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir "Bandotdel" tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".

Amma biq qədər sonra məlum oldu ki, Hacı İbrahimin banka nə az, nə çox - düz 800 milyon manat borcu varmış. Bu borcu onun məşhur "Xəzər Adaları" layihəsi üçün götürdüyü deyilir. Qeyd edək ki, "Xəzər Adaları" Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhərinin salınmasını nəzərdə tutur. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 milyard dollar hesablanırdı. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcəyi gözlənilirdi. Adalarda həmçinin dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılırdı.

Hacı İbrahim layihənin 2020-2025-ci illərdə başa çatacağını bəyan edirdi. Müxtəlif vaxtlarda onun mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının layihəyə maraq göstərdiyi, guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi "Export Development Canada"nın 4 milyard dollaradək kredit ayıracağı qeyd olunsa da, onların heç biri təsdiqini tapmadı. Daha sonra layihə ərazisinin Beynəlxalq Banka borcun əvəzində Hacı İbrahimdən alındığına dair məlumatlar yayılsa da, iş adamı özü bunu təkzib etdi.

"Xəzər adaları"nın Hacı İbrahimdən alınması XƏBƏRİ YAYILDIBu günlərdə "Yeni Müsavat"a verilən məlumatda "Xəzər Adaları" layihəsinin bütünlüklə Hacı İbrahimdən alındığı, dövlət tərəfindən yeni investorlara təklif olunduğu bildirilir. Verilən məlumata görə, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmlinin özü ilə əlaqə saxladıq. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yaylan məlumatın həqiqətə uyğun olmadığını dedi: "Yalan söhbətdir, belə bir məsələ yoxdur".

Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyini də soruşduq. O, suala cavab vermək istəmədiyini bildirdi: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm"./musavat.com/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2003   Tarix: 11 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hansı vərdiş telefonun batareyasını öldürür?

Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var. .  xəbər verir ki, istifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyə

11 aprel
.

2024-cü ilin ilk Günəş tutulması hansı gün olacaq?

2024-cü ilin ilk tam Günəş tutulması aprelin 8-də olacaq və ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi bölgələrində təxminən 186 kilometr enində bir traektoriya üzrə keçəcək. Günəş tutulmasına şahid olmaq istəyən çox sayda insan tutulmanı

7 aprel
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

7 aprel
.

Suyun şüşələrə doldurulması üsulu insanları TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Şüşələnmiş suyun daşınmasının asanlığı və onun güman edilən faydaları, istehsalının təfərrüatları məlum olduqdan sonra çoxlarını istifadədən çəkindirdi. xəbər verir ki, bu barədə "Mashed" "YouTube" kanalında məlumat verilib. Planetdə hər gün tullantıların miqdarını artıran və 60 milyo

6 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14 aprel
.

Hər gün içdiyimiz çay XƏRÇƏNG YARADIR - Bu səhvi etməyin

Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır. Bundan başqa, çay ürək sağlamlığ

7 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel