İcra başçısı Əhəd Abıyev Aprel qazisinə 20 min "atıb"?: "Məni aldatdı, 13 min kredit, 7 min sələm götürdüm"

İcra başçısı Əhəd Abıyev Aprel qazisinə 20 min "atıb"?: "Məni aldatdı, 13 min kredit, 7 min sələm götürdüm"2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə top komandiri kimi iştirak edən Arzu Məmmədov çıxılmaz vəziyyətdə qalıb.

BiG.AZ Yenicag.az-a istinadən xəbər verir ki, aprelin 3-də ağır yaralanaraq, sağ qolunu itirən qazi dələduzluğun qurbanı olub.

Bu barədə saytımıza Arzu Məmmədovun özü məlumat verib. Müalicə almaq məqsədi ilə yaralandığı vaxtdan Bakıda ailəsiylə birlikdə kirayədə yaşadığını bildirən qazimizin ev problemi olduğu üçün doğulduğu Daşkəsən rayonun icra hakimiyyətinə müraciət edib.

Elə hər şey də bundan sonra başlayıb. Arzu Məmmədovun özünü dinləyək:

"Əhəd Abıyevə ev problemi olduğumu dedim. Özü şəxsən mənə dedi ki, Daşkəsəndə bina tikilmir, torpaq sahəsi də yoxdur. Buna görə də məsləhət bildi ki, Gəncəyə qeydiyyata düşüm. Dedi, Gəncənin icra başçısı ilə danışacam ki, ordan sənə ev versin. Mən də uzaq qohumun evində qeydiyyata düşdüm. Bundan sonra icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İlhamə Bayramova yanıma gəldi. Qayıtdı ki, başçı deyir, 20 min pul verməlidir. Guya mənə qanunla 3 otaqlı ev düşür, 20 minə görə 4 otaqlı verəcəklər. Mən də bunlara inandım. 13 min manat kredit götürdüm, 7 min də sələmə pul aldım. "Bu gün-sabah" deyə-deyə, 2016-cı ilin yayından uzatdılar, fevralda da işin üstü açıldı. Çoxsaylı şikayətlərdən sonra İlhamə Bayramova barəsində cinayət işi qaldırıldı. Əhəd Abıyev də bunu tez işdən çıxartdı. Guya belə bir işçi tanımır. O adamı bir gün də "içəri" göndərmədilər. Çünki pulu icra başçısı ilə birlikdə "yeyib". İlhamə Bayramova hamının üzünə durdu ki, heç birinizdən pul almamışam. 17-18 nəfər yalan danışır? Mənim faktlarım, sübutlarım da var. Yazışmalar da olduğu kimi qalır. Camaatdan 200 minə yaxın pul almışdı".

"Əhəd Abıyev sizin Aprel qazisi olduğunuzun fərqində deyil" sualına isə Məmmədov belə cavab verdi:

"Niyə bilmir ki? Cənab prezident İlham Əliyev 2016-cı il aprelin 5-də hospitalda bizimlə görüşəndə tapşırıq vermişdi ki, bütün yerli icra hakimiyyəti orqanları yaralılarla, şəhid ailələri ilə yaxından maraqlansın. 38 gün hospitalda yatdım, bu adam bir dəfə də olsun mənimlə maraqlanmadı. Nəinki o, nə müavinləri, nə də rayondakı təşkilat nümayəndələri yanıma gəlmədi. 38 gündən sonra hospitaldan çıxıb, şəhid olan əsgərimin 40 mərasiminə getdim. Yasdan çıxandan sonra birbaşa icra hakimiyyətinə yollandım. Dedim, niyə bir dəfə də olsun mənimlə maraqlanmadın? Niyə cənab prezidentin tapşırığına məhəl qoymursan? Qayıtdı ki, oğlum 7-ci mərtəbədən özünü atıb, beli qırılıb, həmin vaxt gözümə heç nə görünmürdü. Dedim, sənin başın qarışıq idisə, bəs müavinlərin harda idi? Əhəd Abıyevi hər kəs tanıyır. Onun necə "moşennik" olduğunu bilməyən yoxdur".

Qeyd edək ki, Arzu Məmmədovun bədəninin bir çox yerində dərin qəlpə yaraları var. Qulaq pərdələri zədələndiyindən eşitməsində problem yaranıb. Eyni zamanda onda hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır. Bu müddət ərzində 5 dəfə amputasiya olunan qolundan, 1 dəfə də ayağından əməliyyat olub. Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya keçir. Qolu isə heç sağalmır. Ailəlidir, iki övladı var. Övladının biri görmə əngəllidir.

Məsələ ilə bağlı Əhəd Abıyevin də mövqeyini işıqlandırmağa hazırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5194   Tarix: 11 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel