Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin ayaq səsləri

Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin ayaq səsləriİsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib.

Bu haqda İsrail "Kanal 10" telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib.

Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.

Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.

"Bölgədə gərginlik yaratmaq, İraq və Suriyanı parçalamaq istədilər. Livanda uzunmüddətli xaos yaratmaq istədilər. Amma bizim köməyimizlə bu siyasət çökdü", - İranın prezidenti vurğulayıb.

Dünən həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirinin müavini Hüseyn Səlami ABŞ-ın bölgədəki bütün bazalarını məhv etmək iqtidarında olduqlarını deyib. ABŞ-ın Suriyadakı hərbi mövcuğluğuna toxunan SEPAH-ın rəsmisi bunun qeyri-qanuni olduğunu və ABŞ-ın mütləq məğlubiyyətə düçar olacağını qeyd edib: "ABŞ bölgəni məğlub olmadan tərk edərsə, özü üçün də yaxşı olacaq".

O həmçinin İranı atəşlə oynamaqda təhdid edən İsrailə cavab verib.

"Bölgəni sionistlər üçün cəhənnəmə çevirə bilərik", - Səlami bildirib.

İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani isə Suriya-İsrail sərhədində baş verən hadisədən sonra "cəzasız qalan hücumlar dövrü"nün başa çatdığını bildirib. Onun sözlərinə görə, Suriya xalqı hər hansı bir təcavüzə cavab verəcəyini sübut etdi.

Xatırladaq ki, fevralın 10-da Suriya İsrailə məxsus F-16 döyüş təyyarəsini vurub. Ardınca İsrail Silahlı Qüvvələri Suriyada İrana məxsus pilotsuz uçuş aparatını məhv edib.

İsrail tərəfinin yaydığı məlumata görə, Suriyada 12 hədəfi məhv ediblər. Bu hədəflər arasında Suriya rejiminin 3 Hava Müdafiə Sistemi ilə yanaşı, İrana məxsus 4 hərbi baza da var.

Ekspertlər bu cür hadisələri bölgədə İran, İsrail və ABŞ-ın iştirakı ilə genişmiqyaslı müharibənin xəbərçisi hesab edirlər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1670   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə ölkəmizi təbrik edib. "Qafqazinfo" xəbər verir ki, türkiyəli nazir bu barədə Bakıda keçirilə

15 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

15 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart