"Atam bir dəfə çılpaq halda qarın üstündə..." - Azərbaycanda - FOTOLAR

"Atam bir dəfə çılpaq halda qarın üstündə..." - Azərbaycanda - FOTOLARHəyatda heç kimə öz valideynlərini seçmək şansı verilmir. Heç dünyaya gəlmək istəyib-istəmədiyimiz belə bizə sual edilmir. Bu da həyatın bir qanunudur. Bəlkə də körpələr onları hansı həyatın gözləyəcəyini duyur deyə, dünyaya gələndə var gücləri ilə gələcək talelərinə ağlayırlar. Bəlkə də yox. Budəfəki həmsöhbətim də seçmədiyi ailədə dünyaya gəlib, seçmədiyi həyatı yaşayan, kimlərinsə qurbanı olan qadınlardan biridir. 3 uşaq anasıdır. Oğlanlarımdan çox qızının taleyi üçün narahat olduğunu deyir.

"Atam anamı döyüb, işgəncə edirdi. Bir dəfə də çılpaq halda, qarın üstündə o qədər döymüşdü ki, anam özündən getmişdi..."

Sevincin anası tatar əsillidir, atası isə Rusiya vətəndaşı olub. Dediyinə görə, atası ilə anası heç vaxt normal ailə olmayıblar. Nəhayət, xəyanət üstündə də ayrılıblar:

"Atamla anam təsadüfən tanış olub, ailə qurmuşdular. Biz dünyaya gələndə Ukraynada yaşayırdıq. "Mehriban ailəmiz, gözəl uşaqlığımız olub", deyə bilmərəm. Çünki atam anamı sevmirdi. Həmişə mübahisə edirdilər. Bir-birinə olmazın söyüşlərini deyirdilər. Adamın ölüsü-dirisi nə qədər söyülər?! Hər mübahisənin sonunda anam möhkəm döyülürdü. Bir dəfə qış fəsli idi, gəzməyə çıxmışdıq. Anam, qardaşım və mən. Qardaşım üşüdüyü üçün evə tez qayıtmalı olduq. Qayıdanda isə gördüyümüz mənzərə anamı dəhşətə gətirdi. O, atamın ona xəyanət etdiyini öz gözləri ilə gördü. Onda məni və qardaşımı da götürüb, evdən getmək istədi. Atam isə qardaşımı aparmasına razı olmayıb, mübahisə yaratdı. Daha sonra da anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər döydü. O, qardaşımı anamın əlindən alıb, bizi çölə atdı. O vaxtdan kişilərdən iyrənmişəm. Biz anamla rəfiqəsigilə gəldik. Bir müddət belə yaşadıq. Anam küçələri süpürürdü, qazandığı ilə də qarnımızı birtəhər doyuzdururduq. Həmişə qardaşımla əlaqə qurmağa çalışırdı, oğlu üçün narahat idi. 16 yaşım tamam olana qədər qardaşımdan heç bir xəbər ala bilmədik. Atam bütün nömrələri dəyişdirmişdi. Anamla yenicə doğum günümü qeyd etmişdik. Üstündən 2 gün sonra isə anam gecənin bir vaxtı oyandı və ağlaya-ağlaya başqa rəfiqəsigilə gedəcəyini dedi. Heç nə başa düşmədim, mən də oyandım, əynimi geyinib, onunla getmək istədiyimi dedim. Amma qoymadı…"

Sevinc anidən susdu... Sanki, həmin gecəyə, həmin ana bir daha qayıtdı. Nəzərləri o qədər dərin boşluğa zillənmişdi ki, bir neçə dəqiqə gözlərini qırpmadı. Göz yaşları isə damla-damla süzülüb ovuclarına düşürdü. Sanki biz görməsək də o, anasını yenidən görür və gözlərini ondan bir an da olsun, çəkmək istəmirdi. İstəməsəm də, əllərini tutub "Anan indi hardadır" sualını verdim.

"Həmin gecə sanki kimsə anamı zorla evdən çıxartmaq istəyirdi. Bilmədim və heç vaxt da bilməyəcəm ki, onu gecənin bir vaxtında tələm-tələsik evdən çıxardan hansı xəbər və ya kim idi. Mən nə qədər yalvardım ki, getmə, xeyri olmadı. Dedim, çox qaranlıqdı, heç olmasa, məni də apar. Amma eşitmədi. Evdən çıxıb, Svetlanagilə gedəcəyini dedi. Son dəfə məni öpüb, "Sən yat, mən tez gedib, gələcəm. Qorxma, qapılar bağlıdı, səhər açılanda yenə yanında olacam" dedi və evdən çıxdı. Getdiyi yolda onu maşın vurmuşdu. Yağış yağırdı deyə, əyninə "kapşon"lu ağ polverini geyinmişdi. Qəza anında polverin kapşonu avtomobilin dəmirlərinə ilişib onu bir neçə metr irəliyə sürümüşdü. Hadisə o qədər sürətli olub ki, anamın salamat sümüyü qalmamışdı. Bütün dərisi asfaltın üstündə qalmışdı, tanımaq olmurdu. Sürücü onu yol kənarında dərəyə atıb, qaçmışdı. Bir gün ondan xəbər ala bilmədim. Növbəti gün isə polislər qapıya gəlib, "anan ölüb" dedilər. Dodaqlarım qurudu. Dilim söz tutmadı. Ona "getmə" demişdim, "məni də apar" demişdim. Heç olmasa, orda olsaydım, bəlkə xəstəxanaya çatdırardım onu. Bəlkə də indi həyatda olardı, mənim də başıma bu hadisələr gəlməzdi…"

Sevinc deyir ki, anasının rəfiqəsi bir müddət ona baxıb, daha sonra isə başından etmək üçün bəhanələr gətirib. Nəhayət, qərara gəlib ki, Sevinci 40 yaşlı kişi ilə tanış etsin:

"Anamı itirəndən sonra bir neçə gün ölü kimi oldum. Svetlana mənimlə danışırdı. Mənə özümü qadın kimi aparmağımı deyirdi. Bəzəkli paltarlar alırdı. Hər gün evə adamlar gəlirdi. Əksəriyyəti kişilər olurdu. Bir dəfə də adi günlərdən birində, mənə dedi ki, istəyirsən səni bir kişi ilə tanış edim. Evlən, ailən, uşaqların olsun, tək qalma. Mən də razılaşdım. Məni Sergey adlı bir nəfərlə tanış etdi. Elə bilirdim cavan, həmyaşıdım bir oğlan olacaq. Amma gerçəklər çox fərqli idi. Onun 40 yaşı vardı, mənim isə 16. Həyatda heç kimim qalmamışdı. Tək qalmaqdan qorxurdum və onunla evləndim. Sergey elektrik idi. Məni götürüb, özünə aid çay qırağında kiçik bir koması vardı, ora apardı. Zamanla onu sevməyə başladım. Bizim 3 övladımız - 2 oğlumuz və bir qızımız oldu. Öz başıma gələnlərə görə, qızımın dünyaya gəlməsinə sevinmirdim. Hər dəqiqə düşünürdüm ki, görəsən mənə, ya Sergeyə nəsə olsa, qardaşımın məni axtarmadığı kimi, oğlanlarım da onu axtarmayacaq? Bəlkə də atmazlar, amma ürəyimdəki bu qorxu hər saniyə məni narahat edir, rahatlıq vermirdi. Elə də oldu. Sergey ağılsız dostlarının sözünə qulaq asıb, həm özünü, həm məni, həm də uşaqlarımızın həyatını məhv elədi".

Sığınacaqda otaqlar çox balaca olduğundan, bir otaqda səs olan kimi digərində eşidilir. İçəridə iki qız uşağı dalaşırdı. Birdən biri bərk qışqırdı. Sevinc təlaşla yanımdan durdu və qızını axtarmağa başladı. Bir an gözündəki qorxunun böyüklüyünü dərk etməyə çalışdım. Axı qızcığaz buradan heç yerə çıxa bilməzdi. Qapılar bağlı, çöldə də hərəsi bir işlə məğul olan qadınlar. Qızını mətbəxdəki masanın altından tapdı və bərk-bərk qucaqladı. Sonra yanaşı oturan iki balaca oğlan uşaqlarına baxıb, başlarını sığallayıb mətbəxdən çıxdı. Onun nə üçün belə davrandığını isə mən sonra bildim. Sevincin 2 oğlu aylardı yanında deyilmiş. Yenidən bizim üçün ayrılmış otağa qayıtdıq və o, ağlaya-ağlaya qızının saçlarını qoxlaya-qoxlaya davam etdi:

"Bilirsiz, mən aylardır oğlanlarımı görmürəm. Birinin 8, o birinin 3 yaşı var. Məndən alıb uşaq evinə veriblər. Sergeyin səhvi bizi pərişan etdi. Onun da həyatda heç kimi yoxdur, mənim də. Çətin zamanda heç kimin bizə kömək etməyəcəyini bilirdim. Ona hər dəfə deyirdim ki, ehtiyatlı ol. Ətrafındakı insanlar mənim xoşuma gəlmir. Bir gün dostlarından biri bizə gəldi. Uzun-uzun nəsə danışdılar. Hiss edirdim ki, ondan xeyir gəlməz. Sergeyə deyirdi ki, gedək oğurluq edək. İçkili idi. Ona qoşulub, evdən çıxdı. Dedim, getmə, baş qoşma ona. Amma anam kimi, Sergey də məni eşitmədi. Gecə ilə bir evdən oğurluq edərkən, polislər tərəfindən tutuldu. İkisi də həbs edildi. Polisə getdim, bölmədə nə qədər yalvardım, məni yanına buraxmadılar. Sənədlərim olmadığı üçün həyat yoldaşı olduğumu desəm də, icazə vermədilər. Mən də evə qayıtdım. Məhkəmə onu 3 il 6 ay azadlıqdan məhrum etdi. Uşaqlar ac idi. Mən 9-cu sinifə qədər oxumuşam, təhsilim, savadım yoxdur. Bu günə qədər də heç işləməmişdim. Sənədlərimi də itirdiyim üçün ümumiyyətlə, heç yerdə mənə iş vermədilər. Bir müddət ətrafdakı qonşular bizə çörək, paltar yardımı etdi. Nə qədər yardım etsinlər? Onları da qınamıram. Artıq yoruldular və hər kəs bizdən əlini üzdü. Sonra isə oğlanlarımı məndən alıb, uşaq evinə apardılar. Zəng edib danışa bilirəm, ancaq onları görə bilmirəm. Hadisədən sonra artıq o evdə qala bilmirdim. Bir nəfər mənə bu sığınacaqdan danışdı və qızımı götürüb, bura gəldim. Burada söz verdilər ki, həm mənim, həm də uşaqlarımın sənədlərini düzəldəcəklər. Uşaqlarım üçün çox darıxıram".

Bir anlıq susub, pıçıltı ilə "ikinizi də bağışlamayacam" deyərək, sözə başladı. Əvvəlcə, kimi nəzərdə tutduğunu anlaya bilmədim. Sonra isə nifrət və qəzəb dolu səslə ata-anasını nəzərdə tutduğunu dedi:

"Atam anama xəyanət etməsəydi, ailəmiz bu hala gəlməzdi. Bəlkə mən məktəbi bitirərdim. Normal münasibətlər qurardım. 24 yaşımda 3 uşağım var və heç bir yerdə dayağım yoxdur. Həyatda ayaqda qalmaq üçün çırpındıqca, daha da dərinə batdım. İndi də əlacsız halda uşaqlarıma necə baxacam deyə, düşünürəm. 1 ildən sonra yoldaşım həbsdən çıxacaq. O, anamdan-atamdan yaxşı olub mənə. Mənim onu gözləməkdən başqa çarəm yoxdur. Onunla hər şeyi unudub, uşaqlarımı da yanıma alıb, bir də ailə olmaq üçün cəhd edəcəm. Uşaqlarım böyüyüb, amma hələ də sənədləri yoxdur. Sənədləri düzəldə bilsəm, onlara sosial yardımın verilməsi üçün dövlətə müraciət edəcəm. Uşaqlarıma tək baxmağa gücüm çatmaz. Yoxsa indi oğlanlarımdan ayrı qaldığım kimi, qızımdan da ayrı qalacam. Sergeyin əlində sənəti var. Sənədlərim düzəlsin, mən də işləyib kömək edəcəm. Uşaqlarımızla birlikdə, kiçik bir evə köçüb, bütün acı xatirələri unutmaq istəyirəm".

Elə bu vaxt Sevincin qızı qaçaraq yanımıza gəldi. Atasının nə vaxt gələcəyini soruşdu. Sevinc isə kövrək səslə gələcək, bir gün yenə bu saatlarda atan evimizə gələcək. Saata baxdım, 2 tamam idi. Sən demə, Sergey həmişə saat 2-də işdən gəlib nahar edib, yenidən işə gedirmiş. Bu balaca isə 3 ildir hər gün saat 2-də gəlib anasına "atam nə vaxt gələcək" sualını verməkdən yorulmur…

Mənbə: publika.az
"Atam bir dəfə çılpaq halda qarın üstündə..." - Azərbaycanda - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4099   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021