"Oxfam"da böyük qalmaqal: əxlaqsızlıq, villada "kef", yalanlar - VİDEO - FOTO

"Oxfam"da böyük qalmaqal: əxlaqsızlıq, villada "kef", yalanlar - VİDEO - FOTODünyanın ən böyük və məşhur xeyriyyə təşkilatlarından olan "Oxfam International"la bağlı qalmaqallar səngimək bilmir.

90 ölkədə fəaliyyət göstərən 17 təşkilatı birləşdirən bu qurumun maliyyələşdirilməsini Britaniya dayandıra bilər.
Bunu Britaniyanın beynəlxalq inkişaf məsələləri naziri Penni Mordont deyib.

Bəlli olub ki, "Oxfam"ın əməkdaşları 2006-cı ildə Çadda, 2010-cu ildə isə Haitidə fahişələri dəvət edərək Kaliqula orqiyalarına bənzəyən eyş-işrət gecələri təşkil ediblər.

Əxlaqsız qadınlar "Oxfam"ın əməkdaşları üçün kirayəyə götürülmüş villalara və malikanələrə çağırılıblar.

"Oxfam"ın rəhbəri Uimnni Byanyima bəyan edib ki, həmin əxlaqsız əyləncələrə pullar təşkilatın büdcəsindən xərclənməyib.

"O zamanlar baş verənlər indi yaşana bilməz. Gərəkli addımları atmışıq. Belə biabırçılıqların təkrarlanmaması üçün nəzarəti gücləndirmişik", - U.Byanyima söyləyib.

Onun sözlərinə görə, təşkilatın bütün maliyyə donorları, o cümlədən Britaniyanın hakimiyyət dairələri, BMT və Avropa Birliyi araşdırmadan xəbərdardır.

2010-cu ildə Haitidəki dəhşətli zəlzələdə 220 min nəfər həlak olmuş, 300 min nəfər yaralanmışdı.

"Oxfam"ın Haitinin paytaxtı Port-o-Prensdə kirayələdiyi villaya dəvət etdiyi fahişələrin əksəriyyətinin 18 yaşı tamam olmamışdı.

"Təşkilatın əməkdaşları evi, sanki, bordelə çevirmişdilər. Fahişələrin əynində "Oxfam" maykaları vardı. Kaliqula orqiyası ruhunda bir eyş-işrətdi. Ağlasığmaz, biabırçı bir olay idi", - mənbə deyib.

Qalmaqal yaranandan sonra "Oxfam"ın 3 əməkdaşı istefa verib, 4 nəfər işdən qovulub. "Könüllü" istefaya vadar edilənlərdən biri "Oxfam"ın Haitidəki missiyasının rəhbəri Roland van Hauvermayren idi.

"Oxfam"ın o dönəmdəki rəhbəri Barbara Stoks ona "könüllü istefa" təklif edib: "Əks təqdirdə sizi işdən qovmalı olacağıq və bu isə təşkilatımızın nüfuzuna ciddi zərbə vura bilər".

Roland van Hauvermayren 2006-cı ildə "Oxfam"ın Çaddakı missiyasına başçılıq edəndə də orada villasına fahişələri dəvət etmişdi.

O, 2014-2016-cı illərdə "Action Against Hunger" xeyriyyə təşkilatının Banqladeşdəki missiyasına rəhbərlik edib. Təşkilatın yaydığı açıqlamaya görə, Hauvermayren işə qəbul olunanda "Oxfam" Çaddakı və Haitidəki olaylar barədə heç bir məlumat verməyib.

Britaniyanın Oksford şəhərində 1942-ci ildə yaradılmış "Oxfam"ın illik büdcəsi 300 milyon funt-sterlinq təşkil edir. Təşkilat ötən il Britaniya hökumətindən təqribən 32 milyon funt alıb.

"Oxfam"ın Britaniya ofisinin direktor müavini Penni Lourens istefa verib./milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1466   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda yeni su anbarları yaradılır? - VİDEO

Azərbaycanda 10 yeni sututar tikiləcək. Bununla da sakinlərin suvarma problemi həll olunacaq. Onlardan üçü şimal bölgəsinin payına düşür. Belə ki, su ehtiyatları ilə bağlı artan narahatlıq fonunda təbii su mənbələrindən istifadə alternativ çıxış yollarından biridir. Ətraflı "AzTV Xəbər"in süjetində

23 mart
.

Kasıb ailələrin uşaqlarında bu problemlər AŞKARLANDI

Alkoqoldan Sui-istifadə və Alkoqolizm üzrə Milli İnstitutun amerikalı nevroloqları müəyyən ediblər ki, yoxsul ailələrdən olan uşaqlarda yaddaş və konsentrasiya problemi daha çox olur. Tədqiqat "Molecular Psychiatry" (MP) jurnalında dərc olunub. xarici KİV-ə istinadla bildirir ki, tədqiqatd

23 mart
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24 mart
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20 mart
.

105-ci dəfə nənə oldu

Lvov Regional Kliniki Perinatal Mərkəzdə həm həkimlər, həm də yerli sakinlərin marağına səbəb olan əlamətdar hadisə baş verib. Əslən Rovenşina vilayətindən olan 46 yaşlı Lvov sakininin 105-ci nəvəsi - Pavel adlı oğlan doğulub. -ın xarici mətbuata istinadla xəbərinə görə, bu qadının hekayəsi heyrətamizdir

20 mart
.

Tənha insanların sayı artmaqda davam edir: Həkimlərdən həyəcan təbili

Xəstəxanaya müraciət edən 65 yaşdan yuxarı yaşlı insanların yarıdan çoxu tənhadır. ABŞ-li alimlər müəyyən ediblər ki, xəstələrin həyat keyfiyyətinin pisləşməsinin səbəblərindən biri də tənhalıqdır. Məlum olub ki, sosial əlaqələrin sayı qidalanma, yuxu rejimi, fiziki fəaliyyət, pis və yaxşı vərdişlərdə

23 mart
.

İnsanları qeybət etməyə sövq edən nədir?

Çinin Pekin Pedaqoji Universitetinin psixoloqları müəyyən ediblər ki, özünə inamı az olan qadınların tanışlıq dairələrindəki digər insanlar haqqında şayiələr yaymaq ehtimalı bir qədər yüksəkdir. Araşdırmanın nəticələri "Evolutionary Psychological Science" jurnalında dərc olunub. Məlum olu

19 mart
.

Toy gecəsi gəlini ilk dəfə görən bəy özünü kanala atdı - ŞOK SƏBƏB

Çində baş verən bu hadisə görənləri heyrətə saldı. xarici KİV-ə istinadən xəbər verir ki, ailəsinin "tapdığı" qızla evlənməyə hazırlaşan gənc, qızın üzünü görüncə şok keçirib. Çin adət-ənənələrinə görə, toy gününə qədər evlənəcəyi qızın üzünü görməsi qadağa sayılan şəxs qızı görüncə intiha

17 mart
.

İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

İlon Maska məxsus "SpaceX" şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Məlumata görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir

17 mart