Məhv edilmiş 8 ailə: "Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə...

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.

"Qətl edilmiş 8 ailə"dən ilki - Vaqif Məmmədovun ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Vaqif Məmmədov, həyat yoldaşı Afilə Məmmədova, oğlanları Azər, Ceyhun Niyaməddin Məmmədovlar hamılıqla məhv ediliblər.

Üstündən 26 il keçməsinə baxmayaraq, Vaqif Məmmədovun bacısı Ofeliya Məmmədova qardaşının ailəsi ilə bağlı düşüncələrini ürək ağrısı ilə bölüşüb.

Dəmir parçasından düzəldilən "silahlar"...

"1992-ci ilin Xocalı faciəsi zamanı yer üzündən silinən 8 ailədən biri də qardaşımın ailəsidir. O dəhşətli gecədə qardaşım Vaqif Məmmədov və ailəsi hamılıqlı vəhşiliyin qurbanı oldu. Qardaşımın yoldaşı Afilə xanım Xocalıda müəllimə işləyirdi. Böyük oğlunun 20, ortancıl oğlunun 18, kiçik oğlunun isə 14 yaşı vardı.
1992-ci ilin 25 fevralından 26-na keçən gecə hamı canını qurtarmaq üçün meşəyə qaçırdı. Başqa çıxış yolumuz da yox idi.

Qardaşım meşədə olan dəmirləri yığıb onlardan özünümüdafiə üçün nəsə düzəldirdi və Xocalı camaatına verirdi. Çünki o vaxt əliyalın əhalidə silah yox idi".

"Qanımız belə donmuşdu..."

Ofeliya xanım deyir ki, bu gün də Xocalının adı gələndə qəlbi sızıldayır:

"O gecəni heç unutmadıq, unuda bilməyəcəyik! Yadımdadır, həmin o qanlı gecədə erməni tankları üstümüzə elə gəlirdi ki, hamımız canımızı götürüb meşəyə qaçmalı olduq. O qarlı, şaxtalı gecədə bir qız köynəklə ayaqyalın qaçmışdı. Onun ayaqlarından qan süzülürdü. İnanın, artıq elə bir vəziyyət yaranmışdı ki, insanların bədənindəki qanı donmuşdu. Xocalı sakinlərinin hamısı şəhərdən çıxa bilməmişdi. Amma bir çoxumuz meşəyə qaçmalı olmuşduq. Ermənilər tarixən qaniçən millət olub. O dəhşətli gecədə meşələrə üz tutmasaydıq, sağ adam tapmaq olmayacaqdı".

"Xoş xəbər ala bilmədim..."

Ofeliya xanım deyir ki, faciə gecəsi 2 qardaşını itirib:

"Həmin gecə qardaşlarımın hər ikisi ailəsi ilə birlikdə meşədə idi. Mən də meşəyə qaçmışdım. O qanlı hadisədə qardaşım Vaqifi və ailəsini Marıs adında bir qadın görmüşdü. O mənə dedi ki, Vaqif qayalığa çıxanda ürəyi dayandı. Heç demə həmin vaxt 2 oğlu yanında idi. Balaca oğlu Niyaməddin isə dayısıgillə gəlirdi. Xocalıdan çıxanda dayısı da, həyat yoldaşı da rəhmətə getdi. Niyaməddinin əlindən tutub dedim ki, gəl bizimlə gedək. Elə bu vaxt aləm bir-birinə dəydi. Hərə bir tərəfə qaçdı. Həmin gün qardaşım oğlunu orada itirdim. Hər yeri axtardım, amma tapa bilmədim. Qardaşımgil ailəliklə məhv oldular".

""Oqtay sənin qardaşın deyil" deyəndə..."

"Üç il bundan qabaq "Qırmızı Xaç Komitəsi"ndən bir nəfər gəlib ağız suyumdan analiz götürdü. Xocalı faciəsində qardaşım Vaqif ailəsi ilə birgə məhv olsa da, digər qardaşım Oqtay ikin düşüb. Bir həftədən sonra zəng edib dedilər ki, "Oqtay sizin qardaşınız ola bilməz". Elə əsəbləşdim ki... Yaramız heç sağalmayıb. Bunlar doğma qardaşımı məndən uzaqlaşdırmaq istəyirlər.

"Siz nə danışırsız?! Həm Vaqif, həm də Oqtay mənim qardaşımdır. Bunu bütün Xocalı bilir. Sən gəlib analiz götürüb mənə deyirsən ki, həyat yoldaşı ilə danışmalıyam, sən bacısı deyilsən"-dedim. Oqtay qardaşımla meşədə olanda əlindən tutdum ki, "gəl qaçaq". O əliyalın ermənilərə müqavimət göstərməyə çalışdı. Mənimlə gəlmədi".

"O günü unutmaq olarmı?!"

Soqyqırımının şahidi danışdıqca dərindən ah çəkərək, indiki fevralın o vaxtkına bənzəmədiyini deyir:

"İndi də fevral ayını yaşayırıq. Bu fevral o fevrala bənzəmir. İndi hər yer işıqlıdır. O vaxtın fevralı qarlı-şaxtalı idi. Soyuq adamın sümüyünə qədər işləyirdi. Ağacların budaqları belə donmuşdu. Buzlu torpaqda addımlamaq olmurdu. Camaat ayaqyalın, başıaçıq meşəyə qaçmışdı. Biz çox zülmlər çəkmişik, çox acılar yaşamışıq.

Bir dəfə "Lider" TV-də çalışan aparıcı Etibar Hüseynov verilişlərin birində "Xocalı faciəsi günü ağlamaq doğru deyil. Ermənilər bizə baxır. Deyək-gülək" dedi. Necə yəni deyək-gülək?! Biz bu faciənin iştirakçılarıyıq, şahidləriyik. O faciəni unutmaq olarmı?!".

Qardaşını axtaran bacı

Ofeliya Məmmədova Xocalıya şəhər statusu verilməsini qəbul etmir:

"Xocalı ta qədimdən kənd olub. Sonradan camaatı yığıb Xocalıya şəhər statusu verdilər. Heç Xocalını şəhər kimi qəbul etmədim. Faciədən sonra Vaqifi və ailəsini çox axtardım. O vaxt dedilər ki, Qazaxda Alik adlı bir nəfər sənə kömək edə bilər. Dərhal ora getdim ki, bəlkə qardaşımı, ailəsini tapa bilərəm. Amma bir xoş xəbərlə qayıda bilmədim. Ən acınacaqlı durum odur ki, heç birinin məzarı yoxdur. Hamısı meşədə qurda-quşa yem oldu.

Bir bacı üçün bundan böyük dərd nə ola bilər. Qardaşım bütün ailə üzvləri ilə bir gecədə yox oldu. Heç olmasa ondan bir yadigar övladı qalsaydı, özümü onunla ovundura bilərdim. O gündən indiyə qədər sanki bir boşluqdayam. Qardaşımın ailəsinin bütün üzvləırinin qətlə yetirildiyini bilsəm də, ümidimi kəsə bilmirəm. Hələ də gözlərim yollarda, qulağım səsdədi. Bilə-bilə ki, ermənilər onları qətlə yetirib, ancaq ümidimi itirə bilmirəm. Bəzən məni başa düşmədikləri üçün ətrafımdakı insanları qınayıram, bəzən düz hərəkət etmədiyim üçün özümü qınayıram. Bimirəm, inanın, heç nə bilmirəm, heç nə anlamıram, anlamaq istəmirəm. İnanın, qardaşlarımı, ailə üzvlərini nə vaxtsa görmək ümididir məni yaşadan. Buna yaşamaq demək mümkünsə, yoxsa çoxdan ölmüşdüm...

Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

XX əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Mənbə: modern.az
Məhv edilmiş 8 ailə: "Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə...Məhv edilmiş 8 ailə: "Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə...Məhv edilmiş 8 ailə: "Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1398   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır

25 mart
.

Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 24 kiloqramdan artı

24 mart
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismind

24 mart
.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markal

24 mart
.

Sabirabadda "Mercedes" markalı minik avtomobili yanıb

Sabirabad rayonunun Çöl Beşdəli kəndində "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 mart
.

Türkiyədə uşaqlar arasında başlayan dava ölümlə bitib

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda uşaqlar arasında başlayan dava böyüklərin də işə qarışması nəticəsində faciə ilə nəticələnib. Qeyd olunur ki, böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

23 mart
.

"Crocus" dəhşətinin 15 yaşlı qəhrəmanı - 100 nəfəri belə XİLAS ETDİ - VİDEO

"Crocus City Hall"ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb. bildirir ki, o, insanlara yol göstərib, təlxiyyəyə rəhbərlik edib. Yeiyetmə kütləni dar dəhlizdən ukeçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər

24 mart
.

Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub. Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb. Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ild

24 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart