Türkiyə səfərinin SİRLƏRİ

Türkiyə səfərinin SİRLƏRİABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən öncə İordaniyaya getməsi diqqət çəkib.

Türkiyə mediası Tillersonun Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik planın olduğunu yazıb.

Ehtimallara görə, ABŞ İordaniyada İncirlik bazasına alternativ axtarır. İordaniya hökuməti ölkənin mərkəzində Mufavvak Salti deyilən bölgədə böyük hərbi baza yaradır. Pentaqon bu bazanın inşası üçün İordaniyaya 300 milyon dollar pul ayırıb. ABŞ-ın hər il İordaniyaya verdiyi 1 milyard 250 milyon dollarlıq yardım bu il 1,5 milyarda qədər artırılıb.

Bununla yanaşı, Suriya sərhədində pilotsuz uçuş aparatı mərkəzi (H-4) yaradılır. ABŞ bununla bölgədəki hava əməliyyatlarını daha rahat həyata keçirə biləcək. İsrail-İran qarşıdurması fonunda da İordaniyanın ABŞ üçün əhəmiyyəti artır. Lakin bütün bunların ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcəyi hələlik sual altındadır.

Ən böyük ehtimal məhz İncirlik bazasının Türkiyədən İordaniyaya köçürülməsidir. Bu məsələ son dövrlər tez-tez gündəmə gəlir. Hətta Pentaqonun keçmiş əməkdaşı, hazırda ABŞ kəşfiyyatına bağlı ekspert olaraq çıxış edən Mixael Rubin bir neçə gün öncə İncirlikdəki amerikalı hərbiçilərin İordaniya, Rumıniya və digər ölkələrə köçürülməsinin vacibliyini gündəmə gətirmişdi.

Ortada İordaniyanın da maraqları mövcuddur. Kral Abdullahın Vaşinqtonla hər təmasında "Bölgədə yaşanan hər problemin səbəbi Türkiyə və Ərdoğandır", deyə danışdığı haqda məlumatlar var. Amman hazırda Türkiyənin bölgədəki gücünə alternativ olmağı istəyir.

"Habertürk" qəzetinin köşə yazarı Serdar Turqut isə yazır ki, Tillersonun bölgəyə səfərinin əsas prioriteti Türkiyə deyil.

"Türkiyə ilə bağlı məsələnin siyahıda birinci olduğunu demək də doğru deyil. Əslində Tillersonun səfəri yaxın gələcəkdə bölgəyə gətiriləcək yeni düzənin iqtisadi təməllərini atmağa hesablanıb", - deyə o bildirib./publika

Dünyada   Baxılıb: 530   Tarix: 13 fevral 2018  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR