Azərbaycanın bank sektorunda mühüm yenilik

Azərbaycanın bank sektorunda mühüm yenilikBanklar haqqında qanununa "rezolyusiya" ilə bağlı fəsil əlavə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına dair iclas keçirildi.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda, bank sektoru, sığorta, maliyyə bazarları, ödəniş sistemləri, hüquq və maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və digər sahələr üzrə görülmüş işlər geniş müzakirə edildi.

İ. Alışov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının tətbiqi, yeni iqtisadi artım modelinə keçid və dayanıqlı inkişafın təmin olunması istiqamətində həyata keçirilən kompleks institusional islahatların ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edərək bildirdi ki, makroiqtisadi sabitliyin təmin olunması nəticəsində 2017-ci ildə ölkənin qeyri-neft ÜDM-nin real artımı 2.7% olub. Bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə, maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının müdafiəsi məsələlərinin 2017-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin prioritet istiqamətləri olduğu qeyd edildi.

Baş icraçı direktor bildirdi ki, aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib. Belə ki, milli valyutanın məzənnəsinin sabitləşməsi əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib. İclasda bildirilib ki, ölkənin bank sektorunda 2016-cı ildən başlayan restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi bank sektorunun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bank sektorunun daha effektiv restrukturizasiya mexanizmlərinin yaradılması ilə bağlı, qlobal və lokal ekspertiza nəzərə alınmaqla "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı fəsil əlavə edilib. Maliyyə infrastrukturunun genişləndirilməsi istiqamətində 2017-ci ildə kredit bürolarının yaradılması və fəaliyyətinin tənzimlənməsi üçün normativ hüquqi çərçivə formalaşdırılıb və Azərbaycanda ilk özəl kredit bürosu təsis edilib. Sığorta sektorunda sağlam rəqabət mühitinin təmin olunması, təkmil sığorta bazarının prinsip və əsaslarının formalaşması ilə bağlı müvafiq işlər aparılıb. Bununla əlaqədar, istehlakçıların hüquqlarının müdafiəsi baxımından sığorta vasitəçilərinin fəaliyyəti xüsusi nəzarətə götürülüb. Bundan əlavə, risklərin təkrarsığorta və sığorta bazarı arasında optimal bölüşdürülməsi istiqamətində işlər aparılıb.

Sığortaçıların maliyyə dayanaqlılığının diaqnostikası çərçivəsində kapital çatışmazlığı müəyyən olunub, sığorta şirkətləri ilə intensiv iş aparılıb, kapital yetərsizliyinin aradan qaldırılması üzrə proqram tərtib edilib və icrası nəzarətə götürülüb. Kapital tələbinə cavab verməyən 1 sığorta şirkətinin lisenziyası ləğv edilib. Bildirilib ki, 2017-ci ilin sonuna qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərir. 2017-ci il ərzində investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verilib. 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15.7 mlrd. manat təşkil edib.

Qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin icrasına başlanılıb. Bununla yanaşı, xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılıb. Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə "Clearstream" və "Euroclear" təşkilatları ilə danışıqlar aparılır. Həmçinin "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə (Strateji Yol Xəritəsi) uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir.

Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yeni tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. İ. Alışov Palata tərəfindən uzunmüddətli dövrə hədəflənmiş requlyativ tədbirlərin həyata keçirildiyini də bildirib. O, qeyd edib ki, bu məqsədlə prudensial tənzimləmə sənədlərinə qabaqcıl beynəlxalq təcrübələri də ehtiva edən layihələr hazırlanıb və bu prosesin davamlı olacağı nəzərdə tutulur. Yeni requlyativ çərçivənin formalaşdırılması zamanı maliyyə bazarları iştirakçılarının mövqeyinə Palata tərəfindən xüsusi diqqət ayrılıb, sektoral assosiasiyalar çərçivəsində çoxsaylı müzakirələrin aparıldığı bildirilib.

Yekunda İbrahim Alışov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların özəyində qeyri-neft sektorunun inkişafı durduğunu bir daha vurğulayaraq bildirib ki, Strateji Yol Xəritəsinin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə hədəflər xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə sözügedən hədəflərin müzakirəsi olub, hesabat məruzələri dinlənilib. Strateji Yol Xəritəsi üzrə 2018-ci il üçün nəzərdə tutulan prioritetlərin vaxtında icra olunmasına dair müvafiq tapşırıqlar verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Azərbaycanda universitetdə yüksək vəzifəyə TƏYİNAT - FOTO

Vurğun Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, V.Məmmədov bu təyinata qədər ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tari

27 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart