Lətif Hüseynovun səlahiyyətləri artırılır
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Konstitusiya məhkəməsi haqqında" qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, adıçəkilən qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir.
Təklif olunan bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur.
Bu qanunda, həmçinin digər normativ hüquqi aktlarında Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə də şamil edilir.
Layihədə qeyd olunur ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusuna bərabər tutulması və onların Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.
Dəyişiklik layihəsi parlamentdə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, hazırda Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində Lətif Hüseynov təmsil edir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 965 Tarix: 13 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq
Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat
17 aprelCeyhun Bayramov Belarusa səfər edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər
11 aprelPrezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy
16 aprelYuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki
15 aprelSülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri
Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:
17 aprel