Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?

Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq?"Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Bu baxımdan dünyadakı qiymətlərin ölkəmizin daxili bazarına aiddiyyatı olmur".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, ölkənin daxilində müəyyən iqtisadi vəziyyət dəyişəndə dövlət tərəfindən yanacağın qiyməti ilə bağlı müzakirə aparılır. Müstəqillik dövrü ərzində ölkəmizdə yanacağın qiyməti ucuzlaşmayıb. Lakin, bazar iqtisaiyyatına keçid olsa qonşu dövlətlərdəki iqtisadi dəyişikliklərin Azərbaycana da müəyyən təsiri ola bilərdi:

"Yanacaq bazarı dövlət tərəfindən tənzimlənən məsələdir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, yanacaq bazarı 2,5 milyard manatlıq dövriyyəsi olan bazardır. Bütün qeyri-neft sektoru 1,5 milyard gücündə eksporta malikdirsə, neftin 2014-cü ildə dünya bazarında ucuzlaşdığı eləcə də, ölkənin gəlirlərinin azaldığı bir vaxtda hökumət gəliri haradan əldə edə bilər? Bu baxımdan avtomobillərin aksiz vergisi və yanacağın qiyməti artırıldı. 2013-cü ildə yanacağın qiyməti 30% bahalaşdıqdan sonra, və ötən ilin iyul ayında da qiymət artımı baş verdikdən ölkəyə sonra avtomobil idxalı kəskin azalmağa başaldı. Əvvəllər 100 min avtomobil idxal olunurdusa, ötən il bu rəqəm 10 minə düşdü. Bu isə aksiz vergisinin təqbiqi ilə bağlıdır. 2 milyon ton yanacaq istifadə edirik. Sərfiyyatımız qənaətcil deyil".

Ekpert əlavə edib ki, Gürcüstanda benzin Azərbaycandan 60% bahadır. Türkiyədə isə xam neftin qiyməti 70 TL-dən 63 TL-ə qədər ucuzlaşdığından orada benzinin qiymətində enmə baş verib. Bizdə isə xam neft 10 dollara alınır və eyni qiymətə də satılır. Bu baxımdan ölkədə benzin və dizelin ucuzlaşması gözlənilmir.

Qeyd edək ki, Türkiyədə benzin və dizelin qiyməti enib. Sabahdan etibarən benzinin qiyməti 11, dizelin qiyməti isə 17 kuruş (100 kuruş 1 TL) aşağı düşəcək.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14082   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel