İşdən qovulan müstəntiq ifadə verdi: "Atası oğluna..." - YENİLƏNİB

İşdən qovulan müstəntiq ifadə verdi: "Atası oğluna..." - YENİLƏNİBDindirmənin davamında keçmiş müstəntiq Vüqar Abbasov qeyd edib ki, R.Rəhimov hadisədən 20 gün sonra könüllə şəkildən istintaqa gəlib: "Birinci dəfə etiraf etmirdi, sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi".
Sonxeber.az report-a istinadən xəbər verir ki, V.Abbasov bildirib ki, R.Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib, oğlunun qəza törətdiyini etiraf edib: "Atasına oğlunu gətirməsini dedik. Noyabrın 14-də axtarışa verdik, 20 günə gəldi. Rəhim istintaqa gələnə qədər onun atası ilə iki dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar gedib, lakin o, həmin yerdə tapılmayıb".

R.Rəhimov söyləyib ki, hadisəni törədəndən sonra hər gün təhsil aldığı univeristetə gedib: "Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi, iki dostumu düz yanımda apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi"

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

11:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Abbasov ifadə verib. O, Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında olduğunu, əvvəllər Səbail rayon Polis İdarəsinin müstəntiqi olduğunu deyib. Bildirib ki, təqsirləndirilən şəxsi cinayət işinin istintaqı zamanı tanıyıb: "Hadisə noyabrın 8-də baş verib. Mənə məlumat verilən kimi hadisə yerinə getdik. Avtomaşının nömrəsi üzərində deyildi, baqajdan çıxdı. Sürücünü soruşdum, orada yox idi. Sonra Əmrulla adında bir nəfər gəldi və o, sürücü olduğunu dedi. Əmrullanı dindirən zaman bildim ki, yalan danışır. Mən onun ifadəsini aldım və cinayət işi başladım. Bundan sonra rəhbərliyə məlumat verdim. Sonra təqsirləndirilən şəxs müəyyən edildi və axtarışa verildi. Rəhim özü gəlib təslim oldu və biz cinayət işini tamamlayıb məhkəməyə göndərdik".

Proses davam edir.

Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee" markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1689   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021